Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Bank Respublika" xaricdən iri məbləğdə kredit cəlb etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bank Respublika" xaricdən iri məbləğdə kredit cəlb etdi

"Bank Respublika" və Hollandiya İnkişaf Bankı (FMO) arasında 8 milyon ABŞ dolları məbləğində kredit müqaviləsi imzalanıb.

 

"Bank Respublika"dan "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, 3 il müddətinə ayrılan, aqro, kiçik və orta sahibkarlıq (KOS), həmçinin gənc sahibkarlar və qadın sahibkarların fəaliyyətinin maliyyələşdirilməsinə yönəldiləcək.

 

Bu razılaşma beynəlxalq investorların son illərdə Azərbaycanın bank sektorunda bağladığı ən böyük kredit sazişlərindən biridir.

 

Bu nailiyyət,  son illər ərzində mikro, kiçik və orta biznesi maliyyələşdirən qabaqcıl təşkilat kimi bazarda mövqeyini daha da möhkəmləndirən "Bank Respublika" komandasının gördüyü işlərin nəticəsidir.

 

Kredit, Banka kənd təsərrüfatı, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üzrə fəaliyyətini genişləndirməkdə yardımçı olacaq. Cəlb olunan vəsaitlər regionlarda çalışan sahibkarlara, xüsusən də kənd yerlərində çalışan sahibkarlara böyük məbləğdə kreditlərin verilməsi üçün istifadə olunacaq.

 

“Avropanın ən böyük maliyyə qurumlarından biri olan FMO ilə müqavilənin imzalanması, Bankımıza və onun kiçik və orta sahibkarlığın inkişafına dəstəyin verilməsi və ölkədə yeni iş yerlərinin yaradılmasına yönəldilmiş strategiyamıza olan yüksək inamı təsdiqləyir”, - deyə "Bank Respublika"nın İdarə Heyətinin sədri Tariyel İsmaylov qeyd edib.

19.06.2019 14:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ