LTE stansiyaları tikilir, yüksəksürətli internet xidməti göstəriləcək
Yeni nəsil texnologiyalar tətbiq olunmaqla əhaliyə simsiz yüksəksürətli internet xidməti göstəriləcək.
Abşeron və Sumqayıt Telekommunikasiya Qovşaqlarının xidmət ərazisində telefonlaşmayan, eyni zamanda qismən telefonlaşan ərazilərdə telefon və internetə olan tələbatı nəzərə alaraq 4G LTE (Long-Term Evolution- Uzunmüddətli inkişaf) texnologiyası tətbiq edilməklə əhaliyə stasionar telefon və internet xidmətinin verilməsi üçün layihə hazırlanaraq icrasına başlanıb. Bu barədə “Marja”ya Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.
Qeyd edək ki, LTE texnologiyası məlumatların yüksək sürətlə ötürülməsi və məhdud infrastrukturlu ərazilərin çevik şəkildə telekommunikasiya xidmətləri ilə təmin edilməsi kimi üstünlüklərə malikdir.
LTE baza stansiyalarının artıq müvafiq ərazilərdə tikintisinə başlanıb və yaxın günlərdə əhalinin istifadəsinə verilməsi planlaşdırılır.
İlkin olaraq ümumi şəbəkənin modernləşdirilməsi aparılır, İPTV, GPON, LTE texnologiyaları tətbiq edilir.
Tikinti quraşdırma işləri başa çatdırıldıqdan sonra təqribən 3000-ə yaxın abunəçi internet və telefon xidməti ilə təmin ediləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tanınmış şambunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
2 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
5 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
5 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Avstriyanın “Grabher Group” şirkətilə birgə sənaye layihələri müzakirə edilib