Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

LTE stansiyaları tikilir, yüksəksürətli internet xidməti göstəriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
LTE  stansiyaları tikilir, yüksəksürətli internet xidməti göstəriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yeni nəsil texnologiyalar tətbiq olunmaqla əhaliyə simsiz yüksəksürətli internet xidməti göstəriləcək.

 

Abşeron və Sumqayıt Telekommunikasiya Qovşaqlarının xidmət ərazisində telefonlaşmayan, eyni zamanda qismən telefonlaşan ərazilərdə telefon və internetə olan tələbatı nəzərə alaraq 4G LTE (Long-Term Evolution- Uzunmüddətli inkişaf) texnologiyası tətbiq edilməklə əhaliyə stasionar telefon və internet xidmətinin verilməsi üçün layihə hazırlanaraq icrasına başlanıb. Bu barədə “Marja”ya Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.

 

Qeyd edək ki, LTE  texnologiyası məlumatların yüksək sürətlə ötürülməsi və məhdud infrastrukturlu ərazilərin çevik şəkildə telekommunikasiya xidmətləri ilə təmin edilməsi kimi üstünlüklərə malikdir. 

 

LTE baza stansiyalarının artıq müvafiq ərazilərdə tikintisinə başlanıb və yaxın günlərdə əhalinin istifadəsinə verilməsi planlaşdırılır.

 

İlkin olaraq ümumi şəbəkənin modernləşdirilməsi aparılır, İPTV, GPON, LTE texnologiyaları tətbiq edilir.

    

Tikinti quraşdırma işləri başa çatdırıldıqdan sonra təqribən 3000-ə yaxın abunəçi internet və telefon xidməti ilə təmin ediləcəkdir.

19.06.2019 14:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ