Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Balaxanı Sənaye Parkının ərazisi genişləndiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Balaxanı Sənaye Parkının ərazisi genişləndiriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Balaxanı Sənaye Parkında fəaliyyət göstərən rezidentlərin sayı 15-dən 17-ə çatıb. Həmin rezidentlər üzrə 19 fəaliyyət sahəsi qeydiyyatdan keçirilib”.

 

Bu barədə “Təmiz Şəhər” ASC-nin idarə heyətinin sədri Etibar Abbasov bildirib.

 

Onun sözlərinə görə, yeni fəaliyyət göstərən rezidentlər tullantı avtomobil şinlərinin emalından yanacaq istehsalı və işlənmiş yağların istehsalı ilə məşğul olan müəssisələrdir.

 

E.Abbasov əlavə edib ki, Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi üçün müraciət ediləcək: “Belə ki, parkın ərazisi 7 hektar idi, 1,3 hektar artırıldıqdan sonra 8,3 ha olub. İndi isə daha bir hektar ərazi artırılması istiqamətində işlər aparırıq”.

 

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində ölkədə təkrar istehsalı inkişaf etdirmək üçün əsas vasitələrdən olan Balaxanı Sənaye Parkının yaradılması qərara alınıb. 9 dekabr 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfində Balaxanı Sənaye Parkının təməli qoyulub.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

19.06.2019 15:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ