Ən yuxarı statik reklam-3_3

Fed faiz qərarını açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed faiz qərarını açıqladı

Fed, 2019 üçün faiz endirimi siqnalı verdi. 17 Fed üzvünün 8-i 2019-cu il üçün daha aşağı faiz proqnozu verdi


 

ABŞ Mərkəz Bankının (Fed) qərar orqanı Federal Açıq Bazar Komitəsinin (FOMC) iki gün davam edən toplantısı başa çatıb. 

 

“Marja” xəbər verir ki, ABŞ Mərkəzi Bankı (Fed) gözənildiyi kimi faizi dəyişmədi. Faiz 2.25% – 2.50% aralığında sabit saxlanılıb.

 

Fed, 2019-cu ildə faiz endirə biləcəyinin siqnalını verib. Fed-in İdarə Heyətinin 17-i üzvündən 8-i 2019-cu ildə faiz endirimi gözləyir. Həmçinin, 8 üzv 2019-cu ildə "səbirli olmağın" tərəfdarıdır. 1 üzv isə faizin artırılacağını gözləyir.

 

9 üzv 2020-ci il sonunda daha aşağı faiz gözləyir. 2019-cu il üçün faizi proqnozu 2.4%, 2020-ci il üçün 2.1%, 2021-ci il üçün 2.4% olub.

 

Fed-in qərar mətnində gələcək məlumatların yaxından izləndiyi və vəziyyətə uyğun şəkildə hərəkət ediləcəyi qeyd edilib. Qeyri-müəyyənliklərin artdığına diqqət çəkilib.

 

"Səbrli" ifadəsi mətndən çıxarılıb. 

 

Əhalinin xərclərinin artdığı, biznes investisiyalarının "yumşaldığı" qeyd edilib, sorğuya əsaslanan inflyasiya gözləntilərinin az dəyişdiyi bildirilib. Fed-in mətnində "İşçi qüvvəsi bazarının güclü olduğu və iqtisadiyyatın mülayim bir sürətlə böyüdüyü" ifadəsi yer alıb.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Fed-in 2015-ci ildən bu yana faiz qərarları:
 
 16 Dekabr 2015 - 25 bənd faiz artırımı
 14 Dekabr 2016 - 25 bənd faiz artırımı
 15 Mart 2017 - 25 bənd faiz artırımı
 14 İyun 2017 - 25 bənd faiz artırımı
 13 Dekabr 2017 - 25 bənd faiz artırımı
 21 Mart 2018 - 25 bənd faiz artırımı
 13 İyun 2018 - 25 bənd faiz artırımı
 26 Sentyabr 2018 - 25 bənd artırımı
 19 Dekabr 2018 - 25 bənd faiz artırımı
 

Sonuncu dəfə ötən Dekabrda faiz artıran ABŞ Mərkəzi Bankı, 2019-cu ildə faizin artırılması sayı ilə bağlı proqnozunu 3-dən 2-yə endirmişdi.  20 Mart 2019-cu il toplantısında proqnoz  2-dən sıfıra düşmüşdü.

 

Qlobal bazarlar Bakı vaxtı ilə saat 22:30-da başlayacaq Fed-in mətbuat konfransını gözləyirlər.

 

Fed-in qərarından sonra Dollar ucuzlaşıb. Avro/Dollar məzənnəsi 0,4% yüksələrək 1.1236 səviyyəsinə qalxıb (Bakı vaxtı ilə saat 22:15-ə olan məlumat).

19.06.2019 20:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ