Ən yuxarı (mobil)-2_30

“ABB-Gürcüstan”ın baş direktoruna vəzifə verildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“ABB-Gürcüstan”ın baş direktoruna vəzifə verildi

 “Azərbaycan Beynəlxalq Bankı (ABB)-Gürcüstan”ın baş direktoru Emil Abasbəyli “Gürcüstan Banklar Assosisasiyası”nın (GBA) İdarə Heyətinin üzvü seçilib.

 

“Report”un Gürcüstan bürosu xəbər verir ki, onun “Gürcüstan Banklar Assosisasiyası”nın İdarə Heyətinin üzvlüyünə namizədliyi assosiasiya komitəsinin fevral ayında keçirilən iclasında irəli sürülmüşdü. 

 

Bu günlərdə keçirilmiş geniş iclasda E.Abasbəylinin namizədliyi təsdiq olunub və o, GBA İdarə Heyətinin üzvü olub.

 

E.Abasbəyli “Report”un Gürcüstan bürosuna açıqlamasında deyib ki, GBA 1994-cü ildə yaradılıb. Qurum prezident və 6 nəfərlik İdarə Heyəti tərəfindən idarə olunur. GBA əsasən Gürcüstanda bank xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, investisiya qoyuluşunun dəstəklənməsi, banklar arasında əməkdaşlığın gücləndirilməsi, bank sisteminin təhlükəsizliyinin təmin olunması, kreditləşmənin həcminin artması üçün yeni bank resurslarının yaradılması, habelə, ölkədə bank sektorunun müflisləşməsinin qarşısının alınması kimi funksiyaları həyata keçirir.

 

“Azərbaycan Beynəlxalq Bankı (ABB)-Gürcüstan” səmərəli və şəffaf fəaliyyətinə görə Gürcüstanda seçilir. Bank şəffaflıq, daimi tərəqqi, hərtərəfli bank xidmətləri və ictimai məsuliyyət göstəricilərinə görə, universal və dinamik inkişaf edən bank standartları əsasında etibarlılıq və müasir bank sisteminin yüksək dərəcəsi nominasiyalarının qalibi olub.

 

Hazırda “ABB-Gürcüstan” ölkənin bank sektorunda aparıcı yerlərdən birini tutur, iri korporativ müştərilər üçün əsas müştəri bazasıdır.

 

Baş direktor onu da bildirib ki, fevral ayında Azərbaycan Beynəlxalq Bankının törəmə müəssisələrindən olan “Azərbaycan Beynəlxalq Bankı-Gürcüstan”ın fəaliyyətə başlamasının 10-cu ili tamam olub. Bu bank 2007-ci ilin fevralında Azərbaycan dövlətinin dəstəyiilə fəaliyyətə başlayıb. Hazırda“ABB–Gürcüstan”-ın nizamnamə kapitalı 22,688,000 lari təşkil edir.

 

“ABB-Gürcüstan”ın əsasmissiyası Gürcüstanın maliyyə bazarında Azərbaycan kapitalının mövqeyini möhkəmləndirmək və biznesin bu kapitala çıxış imkanlarını təmin etmək, Azərbaycanla Gürcüstan arasında iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verməkdir. “ABB-Gürcüstan” ölkənin bank sektorunda mövqelərini getdikcə gücləndirir, iri korporativ müştərilər üçün əsas maliyyə mənbələrindən sayılır. 

 

© Rport

 

13.03.2017 09:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ