Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Reytinq agentlikləri Azərbaycanın reytinqinə çox xəsis yanaşırlar”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Reytinq agentlikləri Azərbaycanın reytinqinə çox xəsis yanaşırlar”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Bizim yeni borclanma strategiyamız qəbul edilib və bu strategiyaya uyğun olaraq borclanmaya o qədər də meyilli deyilik”.

 

Bunu Maliyyə naziri Samir Şərifov AzTV-də yayımlanan “Günün Nəbzi” verilişində çıxış edərkən deyib.

 

O deyib ki, reytinq agentlikləri Azərbaycanın reytinqini minimum bir pillə artırmalıdırlar:

 

“Mən hətta onu deyə bilərəm ki, indi bizə daha çox borc vermək istəyən var. Amma biz xarici valyutada borcun alınmasında maraqlı deyilik. Çalışırıq burada kifayət qədər mühafizəkar, ehtiyatlı siyasət yürüdək. Amma buna baxmayaraq, reytinq agentlikləri ilə biz işləməliyik. Onlar ildə iki dəfə ölkəmizə gəlir. Bizimlə görüşlər keçirir və hesabat hazırlayırlar. O hesabatın ilkin nüsxəsini bizə göstərə bilərlər. Biz ona etiraz edə bilərik, amma bu heç də o demək deyil ki, bu iradlar nəzərə alınacaq. Bunun əsasında onlar qərarlar qəbul edirlər. Bu qərarların nə qədər düzgün, nə qədər ədalətli olması başqa bir mövzudur. Mən şəxsən hesab edirəm ki, reytinq agentlikəri Azərbaycanın reytinqinə çox xəsis yanaşırlar. Mənə elə gəlir ki, bizim reytinqimiz heç olmasa 1 pillə yüksək ola bilər. Bizim son iki ildə əldə etdiyimiz nailiyyətlər, ölkə iqtisadiyyatında makroiqtisadi sabitliyin bərqərar olunması, kifayət qədər əhəmiyyətli maliyyə ehtiyatlarının, maliyyə buferlərinin yaradılması, bir sıra digər vacib islahatların həyata keçirilməsi maliyyə dayanıqlığının uzun müddət saxlanılmasına yönəlib. Bu əsasda hesab edirəm ki, biz bir pillə artıma layiqik. Amma hələ ki, belə bir qərar qəbul edilməyib, amma çalışacağıq ki, belə bir qərarı qəbul edə bilək”.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report 

20.06.2019 07:29

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ