Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Biz sizə güzəşt etmişik, indi siz də işçilərinizə daha yüksək əməkhaqqı verin"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Biz sizə güzəşt etmişik, indi siz də işçilərinizə daha yüksək əməkhaqqı verin"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Bir çox bankın maliyyə durumu qısa müddətdə müsbətə doğru dəyişib”


 

“Sosial müavinət və əmək haqlarının artırılması dövlət üçün maliyyə yüküdür və bu, dövlət büdcəsində öz əksini tapıb. Biz, xərclərin təyinatının dəyişdirilməsi hesabına bu məsələlərin həllinə tam nail olmuşuq. Ona görə də burada əlavə hər hansı vəsaitə müraciət etməmişik”.

 

Bunu Maliyyə naziri Samir Şərifov AzTV-nin “Günün Nəbzi” verilişində artırılan sosial müavinət və əmək haqlarının dövlət büdcəsinə mümkün təsirini şərh edərkən deyib.

 

Nazir bildirib ki, 10 min dollara qədər kredit borcu olan vətəndaşların vəsaitlərinin qaytarılması üçün atılan addımlar bank sisteminin sağlamlaşdırılması üçün əhəmiyyət kəsb edib:

 

“Hansı ki, bir çox banklar bu kreditləri problemli kredit kimi göstərirdilər. Problemli kredit olduğuna görə də, bu, onların kapitallarına mənfi təsir göstərirdi və kapital adekvatlıq əmsallarının aşağı enməsinə gətirib çıxarırdı. Bu isə onun yenidən bərpa olunmasına və bir çox bankların maliyyə durumunun qısa müddət ərzində müsbətə doğru dəyişməsinə gətirib çıxarıb”.

 

S.Şərifov qeyd edib ki, ölkə başçısının sosial sahədəki sərəncamları özəl sektorun da inkişafına müsbət təsir edir:

 

“Vergi Məcəlləsində edilən dəyişikliklər inqilabi addım idi. Hansı ki, qeyri-dövlət sektorunda çalışan və gəlirləri 8 min manata qədər olan şəxsləri gəlir vergisindən azad edirdi. Bu, dövlət büdcəsi gəlirlərini azaldan amil idi. Məqsəd o idi ki, kölgədə fəaliyyət göstərən sahibkarlar şəffaflaşsın. Biz indi bu tədbiri görməklə yanaşı, minimum əmək haqqını artırırıq. Sahibkarlara deyirik ki, biz sizə bu güzəşti etmişik, indi siz də çalışın ki, işçilərinizə daha yüksək əməkhaqqı verin. Öz işçilərinizə bu məbləğdən az maaş ödəyə bilməzsiniz”.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© “Report” 

20.06.2019 07:32

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ