Yaponiya şirkəti Azərbaycana investisiya qoyacaq - MEMORANDUM İMZALANIB

Energetika Nazirliyi və Yaponiyanın “Mitsui” şirkəti arasında bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. 

 

Memorandum Azərbaycanda bərpa olunan enerji layihələrinə investisiya qoyuluşu üçün potensialın qiymətləndirilməsi və şəraitin yaradılması üzrə əməkdaşlığı nəzərdə tutur. Sənədə əsasən, Azərbaycanda iqtisadi baxımdan sərfəli bərpa olunan enerji layihələrinə investisiya qoyuluşunu təşviq edəcək normativ bazanın yaradılması üçün əsas amillər müəyyənləşdiriləcək və inkişaf etdiriləcək.

 

Memorandumu Energetika nazirinin müavini Samir Vəliyev və “Mitsui”şirkətinin Avropa, Orta Şərq və Afrika ölkələri üzrə vitse-prezidenti Moçida Keniçi imzalayıb.

 

Nazir müavini Samir Vəliyev Azərbaycanda bərpa olunan enerji potensialı, bu sektorun inkişafına investisiya qoyuluşunun təşviqi ilə bağlı görülən işlər barədə danışıb və “Mitsui” şirkəti ilə əməkdaşlığın ölkəmizdə bərpa olunan enerji  sahəsinin inkişafına,  birgə layihələrin həyata keçirilməsinə töhfə verəcəyini  bildirib.

 

“Mitsui” şirkətinin vitse-prezidenti Moçida Keniçi isə  bu sənədi bərpa olunan enerji sahəsində Azərbaycan -Yaponiya əməkdaşlığının nümunəsi kimi qiymətləndirib. Bildirilib ki, şirkət Azərbaycanda bərpa olunan enerji, xüsusilə külək enerjisi sahəsində həyata keçiriləcək layihələrə investisiya qoymaq niyyətindədir.

 

Görüşdə bərpa olunan enerji sahəsində gələcək əməkdaşlığın əsas hədəf və istiqamətləri ilə bağlı müzakirələr aparılıb. Həmçinin “Mitsui” şirkətinin iştirakı ilə Braziliya, Yaponiya, Avstraliya və digər ölkələrdə reallaşdırılan külək, su, istilik, günəş, qaz, kömür elektrik stansiyaları layihələri barədə məlumat verilib.

20 İyun 2019 , 10:25   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin