Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

Daha bir şirkət valyuta məhdudiyyətinə görə cərimə olundu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Daha bir şirkət valyuta məhdudiyyətinə görə cərimə olundu

“Baku İnternational Tobacco” MMC inzibati qaydada cərimə edilib.

 

Şirkət İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) madəsi ilə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 272 min 50 manat məbləğində cərimə olunub.

 

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli qərarından verilmiş apellyasiya şikayətinə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır.

 

Qeyd edək ki, “Baku İnternational Tobacco” Azərbaycanda siqaret istehsalını həyata keçirən şirkətdir.

 

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na görə  idxal müqaviləsi üzrə ödəniş aparıldığı gündən 270 gün müddətində mallar ölkəyə idxal edilməlidir. Həmin müddət ərzində mallar idxal edilmədikdə qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Əks halda idxalçı cərimələnir.


Bir sıra hallarda Azərbaycan şirkətlərinin sifariş verdiyi malların istehsalı 270 gündən artıq davam edir. Bu səbəbdən 270 gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsinin banka təqdim edilməsi mümkün olmur. Nəticədə, şirkətlər özlərindən asılı olmayan səbəblərə görə cərimə ödəməli olurlar. Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti ilə, məhkəmə, Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə idxalçı şəxsi cərimələyir.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report, Marja

20.06.2019 09:23

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ