Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bakıya nəhəng qazma qurğusu gətirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıya nəhəng  qazma qurğusu gətirilib

Qazaxıstanın milli neft şirkəti “KazMunayQaz” SC “Satti” özüqalxan üzən qazma qurğusunu Bakıya çatdırıb. Bu barədə SC-dən məlumat verilir.

 

“Çərşənbə günü Bakıda SOCAR şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev və “KazMunayQaz”ın İdarə Heyətinin sədri Alik Aydarbayevin iştirakı ilə “Satti” özüqalxan üzən qazma qurğusunu rəsmi qəbul olunması mərasimi keçirilib”, - məlumatda qeyd edilir.

 

“Bu cür layihələr dostluq və iki şirkətin konstruktiv əməkdaşlığın rəmzidir. Biz tərəfdaşlarımızla gələcəkdə də birgə fəaliyyəti inkişaf etdirmək və ümumi layihələri dəstəkləmək niyyətindəyik. Bu nəinki hər iki tərəf üçün imkanların genişləndirilməsinə səbəb olur, həm də Qazaxıstanın neft-qaz sektorunun səlahiyyəti və rəqabətə davamllığını artırmağa imkan yaradır”, - məlumatda A.Aydarbayevin sözlərindən sitat gətirilir.

 

Satti” özüqalxan üzən qazma qurğusu Xəzər dənizində 80 metr dərinlikdə qazma işləri üçün nəzərdə tutulur. Azərbaycanda ÖÜQQ-nin istismarı çərçivəsində onun modernləşdirilməsi nəzərdə tutulur, bu da 6 min metrədək kəşfiyyat quyularının təhlükəsiz və səmərəli qazılmasını təmin edəcək.

 

“Həmçinin mütəxəssislərdən ibarət Qazaxıstan-Azərbaycan komandası təşkil olunub ki, qazma işləri və texniki dəstəyin göstərilməsində iştirak edəcək”, - məlumatda vurğulanır.

 

Xəbər verildiyi kimi, 2019-cu ilin fevral ayında “KazMunayQaz” Satti” özüqalxan üzən qazma qurğusunun SOCAR-a etibarlı idarəetməyə verilməsinə dair razılığa gəlib. 

20.06.2019 09:29

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ