Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Ekspertdən xəbərdarlıq: Bu sektorları 2019-da böhran gözləyir !

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ekspertdən xəbərdarlıq: Bu sektorları 2019-da böhran gözləyir !

2019-cu ilin birinci rübünü qlobal  iqtisadiyyat iqtisadi artım tempinin zәiflәməsi, iqtisadi aktivlikdәki gerilәmә, geosiyasi vә ticarәt gәrginliklərinin artması, ticarәt vә investisiya axınlarının daralması kimi mənzərə ilə başa vurmuş və ekspertlər tərəfindən bu halların ilin sonunadək davam edəcəyi proqnoz edilmişdir. Ekspertlərin proqnozlarını  Beynəlxalq Valyuta Fondunu  2019-cu ilin aprel ayında yenilәnmiş  “Qlobal İqtisadi Perspektivlәr” hesabatında 2019- cu ildә qlobal iqtisadi artım proqnozu 0.2 faiz bənd azaldaraq 3.3%-ә endirərək doğrulamışdır.Bu cür iqtisadi şəraitdə artıq bir çox sektorlarda böhran və tənəzzül meylləri hiss olunmaqdadır ki, həmin sektorlar aşağıdakılardır. 

 

Reklam_3_11

Dəmir və Alüminium sektoru

 

2018-ci ildən başlayaraq, ABŞ-ın bir çox ölkələrdən alüminium və polad məhsullarının idxalına əlavə vergilər qoyması, ABŞ-Çin ticarət muharibələrinin dərinləşməsi,  dəmir və alüminium məhsullarının  ən çox idxal edildiyi  Çinin  Mərkəzi Bankının ölkənin  iqtisadi inkişaf proqnozlarını aşağı salması dünya miqyasında bu məhsula olan tələbatı aşağı salmışdır. Həmiçin ABŞ -ın ticarət muharibələrində həmlələrinə  qarşı Çinin aqresiv ixracat siyasəti  bu məhsulun təklif həcmini  gedərək artırmaqdadır. Bütün bu şəraitdə polad və alüminium istehsalçıları  Avropa bazarına yönəlmiş,  Avropa İttifaqının isə öz daxili bazarını qorumaq üçün  kvotaların tətbiq edilməsi qərarı bu məhsulların bazarını daha da daraltmışdır. Ölkəmizdə qeyri-neft sektorunda mühüm paya malik olan  qara metallar və alüminium məhsulların istehsalı müəssisələri də bu sektorda baş verən proseslərdən öz nəsibini almışdır.  Son statistik məlumatlara əsasən 2019-cu ilin yanvar-aprel aylarında 2018-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən emal olunmamış alüminium  ixracı 7,5 faiz, qara metallardan boruların ixracı isə 77,9 faiz azalmışdır.

 

Yer fıstığı istehsalı

 

2018-ci ildə dünya bazarlarında yer fıstığının qiymətinin aşağı düşməsi bu məhsul növü üzrə alıcılıq qabliyyətini artırmış və məhsula olan tələb yüksəlmişdir. Artan tələbin qarşılanması üçün  məhsul sürətlə anbarlardan piştaxtalara enmişdir. Alıcı qabiliyyətinə mütənasib olaraq satışın ani olaraq artması  bir çox ölkələrdə  məhsulun  tükənmə həddinə yaxınlaşması ilə xarakterizə olunmuş və məhsulun bazar qiyməti hədsiz yüksəlmişdir. Bütün bunların nəticəsində  bu sektor ilə məşğul olanlar 2019-cu il  üçün baha toxum tədarükü mənzərəsi ilə üzləşmiş, baha toxum naminə istehsal isə şirkətləri yüksələn  satış qiymətləri nəticəsində  alıcılıq qabliyyətinin azalması riski ilə qarşı-qarşıya qoymuşdur.

 

 Günəbaxan tumu istehsalı sektoru

 

2014-cü ildən başlayaraq Çin Xalq Respublikasında keyfiyyətli günəbaxan tumu istehsalının artması bu məhsulun Çin bazarında ucuzlaşması ilə nəticələndi. Ucuz və keyfiyyətli günəbaxan tumu tezliklə dünya bazarlarına mərhələli şəkildə nüfuz edərək ölkələrdəki daxili istehsal ilə kəskin rəqabətə başladı. 2018-ci ilin sonlarından başlayaraq ucuz və keyfiyyətli “Çin tumları” girdiyi rəqabət yarışından qalib çıxaraq ölkələrin yerli istehsallarını sıradan çıxardı. Bu mənzərədə 2019-cu il  bu məhsulun istehsalı ilə məşğul olan yerli şirkətlər üçün yüksək rəqabət , aşağı mənfəət, kəskin daralma ili olaraq yadda qala bilər.

 

 

 

  Altun Yasinli

  İqtisadi böhranlar və biznesin inkişafı

  üzrə ekspert

20.06.2019 09:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ