Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Azərsilah”ın yaradılmasından imtina edildi - FƏRMAN

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərsilah”ın yaradılmasından imtina edildi - FƏRMAN

Prezident İlham Əliyev “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında”  Fərmanının ləğv edilməsi barədə Fərman imzalayıb.


"Marja" xəbər verir ki, Fərman ilə, “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 yanvar tarixli 466 nömrəli Fərmanı ləğv edilib.

Reklam_3_11

 

Beləliklə, Müdafiə Sənayesi Nazirliyi ləğv edilməyəcək.


Yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaradılmasına dair Fərman imzalamışdı.

 

Fərmana əsasən, ölkədə dövlət idarəetmə strukturunu optimallaşdırmaq, müdafiə sənayesinin inkişafının dayanıqlılığını təmin etmək, bu sahədə idarəetmə mexanizmlərini daha təkmilləşdirmək, habelə sənayeləşmənin yeni mərhələsində mövcud potensialdan səmərəli istifadə etməklə Azərbaycanın regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsinə nail olmaq məqsədilə Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” ASC yaradılması nəzərdə tutulurdu.

 

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilən Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilib. 

20.06.2019 16:12

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ