Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

ABŞ: İranın vurduğu dron beynəlxalq hava sahəsində idi - NEFT BAHALAŞIR

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ: İranın vurduğu dron beynəlxalq hava sahəsində idi - NEFT BAHALAŞIR

ABŞ, İranın vurub saldığı Amerikaya aid dronun Fars Körfəzi girişindəki beynəlxalq hava məkanında uçmaqda olduğunu açıqlayıb. Beləliklə, həftələrdir hərbi qarşıdurma riski ilə qarşı-qarşıya olan bölgədə gərginlik bir az da artıb. Bu proseslər nəticəsində neft qiymətləri yüksəlib.
 

"Marja" xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının sözçüsü Bill Urban etdiyi açıqlamada, "Bu, ABŞ-ın bir monitorinq fəaliyətinə qarşı keçirilmiş səbəbsiz bir hücumdur. İranın, hava vasitəsinin İran üzərində olduğu barədə açıqlamaları doğru deyil",- deyib.
 

Reklam_3_11

ABŞ dronunun vurulması, ABŞ ilə İran arasında hərbi münaqişə başlayacağı barədə qorxuları artırıb və dünya neft təklifinin üçdə birinin təmin olunduğu bölgədə gərginliyin yüksəlməsinə səbəb olub. İran mətbuatı, hava vasitəsinin bir casus dronu olduğunu və cənub sahilindəki Kuh Mobarak yaxınlığında İran hava məkanında vurulduğunu yazmışdı.
 

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani, "İranın hava məkanını və su sərhədlərini bütün vasitələrimizlə müdafiə edəcəyik. Hava məkanımızın hansı ölkə tərəfindən pozulduğu fərq etməz" açıqlamasında verib.

 

Qeyd edək ki, Brent neftinin qiyməti 4,2%  yüksələrək 64,53 dollara, ABŞ xam neftinin qiyməti isə 5,4% yüksələrk 57,05 dollara qalxıb. 

21.06.2019 06:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ