Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"İran çox böyük bir səhv etdi"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"İran çox böyük bir səhv etdi"

ABŞ-İran gərginliyi artır.

 

Reklam_3_11

ABŞ Prezidenti Donald Tramp, "Twitter" hesabından verdiyi açıqlamada ölkəsinə aid insansız hava vasitəni (dron) vuran İrana gözdağı verib.
 

"Marja" xəbər verir ki, Tramp, tək cümləlik mesajında, "İran çox böyük bir səhv etdi", ifadəsini istifadə edib.
 

ABŞ-a aid dronun vurulmasına necə cavab verəcəkləri sualına, "Yaxında öyrənəcəksiniz. İran çox böyük bir səhv etdi" şəklində cavab verən Tramp," İnsansız hava vasitəsi silahsız və tamamilə beynəlxalq suların üzərində idi. Əgər bir insan olsaydı çox fərqli olardı",- deyib. 
 

Tramp, hazırda İranla dialoqa açıq olub olmadığı barədə suala isə "Nə olacağını görəcəksiniz" cavabını verib.

 

ABŞ- İRAN GƏRGİNLİYİ

 

ABŞ Mərkəzi Qüvvətlər Komandanlığı (CENTCOM) isə Hörmüz Boğazı üzərində uçan ABŞ Hərbi Hava Qüvvələrinə aid insansız hava vasitəsinin İran tərəfindən vurulduğunu təsdiqləmiş, lakin sözügedən dronun "beynəlxalq hava məkanında" uçarkən vurulduğunu bildirmişdir.

 
Tehran ilə Vaşinqton arasındakı gərginlik, ötən həftə Oman körfəzində iki tankerə qarşı hücum səbəbindən daha da artıb. ABŞ rəhbərliyi hücumlarla bağlı İranı günahlandırmış, Tehran isə ittihamları rədd etmişdi.


 
ABŞ-ın 2018-ci ilin May ayında nüvə müqaviləsindən birtərəfli çıxaraq İrana sanksiyaları yenidən tətbiq etməyə başlamasından sonra Tehran-Vaşinqton xəttində yaşanan gərginliyin son həftələrdə baş verən hadisələr ilə toqquşmaya çevrilməsindən narahatlıq edilir.

21.06.2019 07:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ