Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Ramil Usubov yeni vəzifəsində bu işləri görəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ramil Usubov yeni vəzifəsində bu işləri görəcək

Dünən prezident İlham Əliyev Ramil Usubovu Daxili İşlər naziri vəzifəsindən azad edərək Azərbaycan Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edib.

 

Reklam_3_11

 Prezident yanında Təhlükəsizlik Şurası 1997-ci il aprelin 10-da Prezidentin Fərmanı ilə yaradılıb.

 

Təhlükəsizlik Şurası Prezidentin yanında məşvərətçi orqandır. O, Konstitusiyanın 109-cu maddəsinin 27-ci bəndinə uyğun olaraq Prezident tərəfindən yaradılır. Təhlükəsizlik Şurası vətəndaşların hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunması sahəsində Prezidentin öz Konstitusiya səlahiyyətlərini həyata keçirməsinə şərait yaradılmasını təmin edir.

 

Şuraya vitse-prezident, Milli Məclisin sədri, baş nazir, Prezident administrasiyasının rəhbəri, dövlət müşavirləri, baş prokuror, xarici işlər naziri, müdafiə naziri, dövlət təhlükəsizlik xidmətinin rəisi, daxili işlər naziri daxildir

 

Təhlükəsizlik Şurasının iclaslarına Prezident sədrlik edir.

 

Şuranın Katibi funksiyalarını dünənki sərəncama qədər Prezidentin Administrasiyasının rəhbəri yerinə yetirirdi. Şuranın katibi Təhlükəsizlik Şurasının fəaliyyətini təmin edir, onun iclaslarının hazırlanmasına rəhbərlik edir. İclasların gündəliyi və məsələlərin müzakirəsi qaydası onun təqdimatı əsasında Prezident tərəfindən müəyyənləşdirilir.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Qafqazinfo

21.06.2019 05:57

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ