Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Kapital Bank-ın dəstəyi ilə keçirilən Fənn Olimpiadasının qalibləri təltif edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kapital Bank-ın dəstəyi ilə keçirilən Fənn Olimpiadasının qalibləri təltif edildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Kapital Bank sosial yönümlü fəaliyyətinə uyğun olaraq Təhsil Nazirliyinin təşkil etdiyi Respublika Fənn Olimpiadalarının keçirilməsinə dəstək göstərib. Fizika, kimya, riyaziyyat, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə 30 000-dən artıq şagird tədbirdə iştirak edib.

 

Reklam_3_11

19 iyun 2019-cu il tarixində olimpiadanın qaliblərinin təltif edilməsi mərasimi keçirilib. Tədbirdə Təhsil Naziri Ceyhun Bayramov, ali məktəb rektorları, dövlət rəsmiləri, millət vəkilləri, ictimai xadimlər və digər qonaqlar iştirak edirdi.

 

Olimpiadada hər fənn üzrə olan qaliblərə müvafiq olaraq qızıl, gümüş, bürünc medal, diplom və müxtəlif hədiyyələrlə təltif olunub. Həmçinin sonda ölkənin güclü şagirdləri “Birincilərin birincisi” nominasiyasında elan edilib.

 

Qeyd edək ki, təhsil layihələrinə dəstək verən Kapital Bank hər il Təhsil Nazirliyi ilə birgə bir neçə layihə həyata keçirilib. Yaxın gələcəkdə təhsillə bağlı yeni birgə layihələrin keçirilməsi planlaşdırılır.

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

21.06.2019 08:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ