Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Dövlət Xidməti cüzi mənfəət əldə edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət Xidməti cüzi mənfəət əldə edib

Dövlət Avtomobil Nəqliyyatı Xidmətini 2018-ci ili 14 min manat xalis mənfəət ilə başa vurub.

 

Reklam_3_11

"Marja" xidmətin illik hesabatına istinadən xəbər verir ki, ötən il gəlirlər 2 milyon 529 min manat, xərclər isə 2 milyon 515 min manat təşkil edib. Nəticədə, 14 min manat xalis mənfəət qalıb. 

 

Dövlət Avtomobil Nəqliyyatı Xidməti avtomobil nəqliyyatı sahəsində (Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma istisna olmaqla) dövlət tənzimləməsini, əhalinin və iqtisadiyyatın avtomobil nəqliyyatı ilə daşımalara və digər nəqliyyat xidmətlərinə ehtiyacının təmin olunmasına, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

21.06.2019 08:24

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ