Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Beynəlxalq Bank 20 illik ipoteka kreditinin bərpasına aydınlıq gətirdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bank 20 illik ipoteka kreditinin bərpasına aydınlıq gətirdi

Azərbaycan Beynəlxalq Bankının mənzil krediti layihələri çərçivəsində tikinti şirkətlərindən mənzil almış müştərilərə Bank yeni bir imkan yaradıb.

 

"Marja" xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankından mənzil krediti götürmüş şəxslər ipoteka predmetini satmaq istədikdə, indi Bank müəyyən edilmiş çərçivədə buna şərait yaradır. Bundan ötrü lazımi sənədlərlə tikinti şirkətinə və Banka müraciət edilməlidir.

 

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı tikinti şirkətləri ilə tərəfdaşlıq çərçivəsində öz vəsaitləri hesabına mənzil kreditlərinin verilməsini hazırda dayandırıb. Amma Azərbaycan Beynəlxalq Bankı “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) ipoteka kreditlərinin verilməsi üzrə müvəkkil bankıdır. AİF xəttilə ipoteka kreditləri manatla, yalnız Azərbaycan vətəndaşlarına və üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınması məqsədilə verilir. Kreditin maksimum həcmi 100 min manatdır. Adi ipoteka kreditlərinin müddəti illik 8%-lə 25, güzəştli ipoteka kreditlərinin müddəti isə illik 4%-lə 30 ilə qədərdir.

 

İpoteka krediti almaq üçün müştərilər https://e-ipoteka.az/ Elektron İpoteka Portalında əvvəlcədən qeydiyyatdan keçərək, müraciət üçün seçdikləri müvəkkil bankda növbəyə yazıla bilərlər.

 

36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

13.03.2017 11:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ