Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Kiçik və orta biznes üçün kadr bankı hazırlanır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kiçik və orta biznes üçün kadr bankı hazırlanır

“Azərbaycanda kiçik və orta biznes (KOB) subyektlərinin dəstəklənməsinə yönəldilmiş modellərin və mexanizmlər hazırlanmasında biz təhsil sektorunda fəaliyyət göstərən KOB subyektlərinin potensialından faydalanmaqda maraqlıyıq”.

 

Bunu Bakıda keçirilən “Təhsil Biznesi Forumu: Mövcud vəziyyət və perspektivlər” mövzusunda tədbirdə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

 

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum KOB İnkişaf Mərkəzlərinin yaradılmasına başlayıb: “Məqsədimiz bu mərkəzləri özəl təhsil müəssisələrinin iştirakı ilə formalaşdırmaqdır”.

 

O.Məmmədov onu da deyib ki, Agentlik KOB subyktlərinin təlim və tədris proqramları hesabına təkmilləşdirilməsi, onların səmərəli fəaliyyətinin təmin olunması sahəsində tədbirlər görmək niyyətindədir: “KOB subyektlərinin tələbatına uyğun olaraq, müvafiq ixtisaslar üzrə müasir təhsil proqramlarının, metodiki vəsaitlərin və mövzuların birgə hazırlanmasında maraqlıyıq”.

 

KOBİA rəhbərinin sözlərinə görə, dövlət başçısının sərəncamına uyğun olaraq, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin istehsal fəaliyyətinin dəstəklənməsi üçün onların kadr potensialının artırılmasına dövlət dəstəyi çərçivəsində KOB üçün kadr bankının hazırlanmasına başlanılıb: “Məqsəd KOB subyektlərinin tələb olunan vəzifələr (peşələr) üzrə ixtisaslı kadrlara ehtiyacını ödəmək, eləcə də ölkə üzrə müxtəlif kadrlara dair məlumatları özündə əks etdirən sistem yaratmaqdır. Bu məsələdə təhsil sektorunda fəaliyyət göstərən qurumlarla da əməkdaşlıq edə bilərik”.

 

YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL​

 

© Report 

21.06.2019 09:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ