Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Qlobal sərvət 206 trilyon dollara çatıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal sərvət 206 trilyon dollara çatıb

2018-ci ildə insanların malik olduğu sərvət 1,6 faiz artaraq təxminən 206 trilyon dollara çatıb. Ötən ilki artım son 5 ildəki ən aşağı artım olub. 2018-də ən çox sərvət artımı 8,9 faiz ilə Afrikada baş verib. 



 
"Marja" xəbər verir ki, "The Boston Consulting Group"un (BCG) Qlobal  Sərvət Hesabatına (Global Wealth Report 2019) görə, 2017-ci ildə 202,7 trilyon dollar olan qlobal sərvət 2018-ci ildə 1,6 faiz artaraq 205,9 trilyon dollara yüksəlib. 2017-ci ildə qlobal sərvət 7,5 faiz artmışdı.


 
 SON 5 İLDƏKİ ƏN AŞAĞI ARTIM

 

Hesabatda, sözügedən artımın son 5 ildəki ən aşağı artım olduğu vurğulanıb, birjalardakı dalğalanmaların yüksək sərvətə malik fərdlərə mənfi təsir etdiyi və qazancı zəiflətdiyi qeyd edilib. 


 
2013-cü ildə qlobal sərvət 159,1 trilyon dollar olaraq açıqlanmışdı.


 
Şimali Amerikada 2018-də insanların malik olduğu maliyyə aktivləri 0,4 faiz, Yaponiyada isə 1,3 faiz azalıb. 

 

MİLYONÇULARIN SAYI ARTIB


 
Keçən il milyonerlərin sayı 2,1 faiz artımla 22,1 milyona yüksəlib. Milyonerlər qlobal sərvətin təxminən 50%-nə sahibdirlər.

 

2018-də ən çox sərvət artımı 8,9 faiz ilə Afrikada qeydə alınıb.Bu nisbət Asiyada 7,1% olaraq reallaşıb. 
 
 
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

BCG, qlobal sərvətin 2023-cü ildə 272 trilyon dollara çatmasını, milyonerlərin sayının da 27,6 milyona qalxmasını gözləyir.

21.06.2019 10:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ