Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“United Credit Bank”ın gələcəyi ilə bağlı yekun məhkəmə prosesinin vaxtı məlum olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
“United Credit Bank”ın gələcəyi ilə bağlı yekun məhkəmə prosesinin vaxtı məlum olub

Martın 15-də Ali Məhkəmədə, ötən ilin yanvar ayında lisenziyası Mərkəzi Bank (AMB) tərəfindən ləğv edilmiş “United Credit Bank” ASC-nin (“UCB”) bazarı tərk edib-etməməsi ilə bağlı iclas keçirləcək.

 

İşə hakim Azər Hüseynovun sədrliyi ilə baxılacaq. Bank məhkəmədə AMB-nin səlahiyyətlərinin bir qisminin ötürüldüyü Maliyyə Bazarlarına Nəzarət Palatası ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, ötən ilin fevral ayında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi "UCB"-ni müflis elan edərək “Azerbaijan International Legal Company” MMC-ni Bankın ləğvedicisi təyin edib. Bununla belə, məcburi ləğvetmə prosesinə başlanılmayıb.

 

Çünki "UCB" məhkəmə qərarı ilə razılaşmayaraq qərardan apellyasiya şikayəti verib. Amma Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb. Bundan sonra isə "UCB"-nin sahibləri Ali Məhkəməyə üz tutublar.

©Report

13.03.2017 11:58

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ