Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

Azərbaycanın nar istehsalçılarının əsas problemləri açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın nar istehsalçılarının əsas problemləri açıqlandı

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (ANİİA) ölkədə fəaliyyət göstərən nar istehsalçılarının əsas mövcud problemlərini açıqlayıb.

 

Assosiasiyanın sədri Fərhad Qaraşov açıqlamasında bildirib ki, bu gün Azərbaycanda narçıların əsas problemləri maliyyə resurslarına çıxışla bağlıdır.

 

Onun sözlərinə görə, artıq Assosiasiya bununla bağlı dövlət strukturlarına müraciət edib: “Kəndlərdə və bölgələrdə maliyyə resurslarına çıxış zamanı tələb olunan girov yalnız paytaxtda olduğu üçün xeyli fermerlər problemlər yaşayırlar”.

 

O bildirib ki, həmçinin narçıların ikinci əsas problemi maariflənmə ilə bağlıdır: “Digər problem isə düzgün becərilmə və dərman pestisidlərin keyfiyyətinin aşağı və yuxarı olması ilə bağlıdır. Son zamanlar bununla bağlı bir çox problemlər artıq aradan qaldırılıb. Həmçinin insan resurslarının – aqronomik məsləhətlərin və konsultasiyanın zəif olması da əsas problemlərdən biridir”. 

21.06.2019 13:31

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ