Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

""Libra" milli valyutaları zəiflədə biləcək"

iç səhifə xəbər başlığı altı (mobil)_31
""Libra" milli valyutaları zəiflədə biləcək"

"Facebook"un yaradıcılarından Chris Hughes, "Financial Times"da köşə yazısında sosial media nəhəngi tərəfindən bu həftə təqdim edilən və gələn ilə bazara çıxarılması nəzərdə tutulan kriptovalyuta "Libra"dan bəhs edib.
 

"Marja"nın məlumatına görə, Hughes qeyd edib ki, artıq pulu mərkəzi banklar deyil böyük şirkətlər idarə edəcəklər.
 

Reklam_3_11

"Facebook"un qurucu ortağı, "Libra"nın digər kriptovalyutalardan fərqli olduğunu, çünki digər pul vahidlərinə sabitlənmiş bir "stablecoin" olduğunu qeyd edib. 
 

"Libra"nın nəzarəti mərkəzi banklardan Visa, Uber və Vodafone kimi özəl şirkətlərə təhvil verəcəyini qeyd edən Hughes, dollar və avroya sabitlənmiş yeni kriptovalyutanın qeyri-sabit milli valyutaları zəiflədə biləcəyini vurğulayıb.
 

Hughes, tənzimləyici qurumları sürətli bir şəkildə hərəkətə keçməyə və "Libra"nın dağıdıcı gücünü ciddi qəbul etməyə çağırıb.

 

"Facebook"dan verilən açıqlamaya görə, 2020-ci ildə bazara çıxarılacaq kriptovalyutanın "Libra" adlandırılacağı, Mastercard və Visa kimi ödəmə sistemləri tərəfindən dəstəklənəcəyi bildirilib.
 

Açıqlamada, Facebook-un kripto pul vahidinə əlavə "Calibra" adı verilən bir rəqəmsal kisə yaradacağı, platformanın istifadəçilərinin öz aralarında mesajlaşır kimi "Libra" transferi edə biləcəyi qeyd edilib.
 

Açıqlamada Facebook istifadəçilərinin təqdim olunacaq yeni xidmətlə qənaət, xərc və pul transferi edə bilmələrinin hədəfləndiyi vurğulanıb.
 
 

Facebook açıqlamasında kriptovalyutanın və rəqəmsal kisənin Facebook Messenger, Whatsapp, ya da "Calibra"nın öz cib telefonu üçün proqramı üzərindən istifadə edilməsinin mümkün olacağı bildirilib.

21.06.2019 15:48

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ