Tramp ilə Məhəmməd bin Salman neft və İran məsələsini müzakirə edib
ABŞ Prezidenti Donald Tramp ilə Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salman arasında telefon danışığı olub. Danışıq zamanı qlobal neft bazarlarında Səudiyyə Ərəbistanın rolu ilə İran məsələsinin müzakirə olunduğu bildirilib.
"Marja" xəbər verir ki, Ağ Evdən, Tramp ilə Məhəmməd bin Salman arasındakı telefon danışığına dair yazılı açıqlama verilib.
Açıqlamada, "İki lider Yaxın Şərqdə və qlobal neft bazarlarında sabitliyin təmin olunmasında Səudiyyə Ərəbistanının həlledici rolunu müzakirə ediblər. Bundan başqa, İran rejiminin gərginliyi artıran davranışlarından qaynaqlanan təhdidlər də müzakirə edilib", - ifadəsinə yer verilib.
ABŞ rəhbərliyi, səudiyyəli jurnalist Camal Qaşıqçının 2 Oktyabr 2018-də Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürülməsi prosesində Məhəmməd bin Salmana verdiyi dəstəyə görə tənqid edilmişdi.
Bundan başqa, ABŞ Konqresi, Trampın rəhbərlik etdiyi hökumətin Yəməndə davam edən müharibədə Ər-Riyada verdiyi hərbi dəstəyi dayandırmasını nəzərdə tutan bir qanun layihəsini qəbul etmiş, lakin layihəyə Tramp tərəfindən veto qoyulmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
6 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
6 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
7 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
7 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 7 saat əvvəl
-
7 saat əvvəl
Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
8 saat əvvəl
Xəzərdə süni torpaq sahələri dənizin şimal və cənub hissələrində yaradılacaq
- 8 saat əvvəl
- 8 saat əvvəl