Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Rusiya hava yolu şirkətlərinin Gürcüstana uçması qadağan edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiya hava yolu şirkətlərinin Gürcüstana uçması qadağan edildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiya Prezidenti Vladimir Putin Gürcüstanda keçirilən Rusiya əleyhinə etirazların ardından Rusiya hava yolu şirkətlərinin Gürcüstana uçmasını müvəqqəti olaraq qadağan edən fərmanı imzalayıb.
 

"Marja" xəbər veri ki, Putin tərəfindən imzalanan fərmana görə, Rusiya hava yolu şirkətlərinin Gürcüstana uçması 8 İyuldan etibarən müvəqqəti olaraq qadağan olunub.
 

Reklam_3_11

Gürcüstanda olan Rusiya vətəndaşlarının Rusiyaya qayıdışı üçün lazımi dəstəyin təmin edilməsi tapşırığının verildiyi fərmanda, tur şirkətlərinə də Gürcüstana tur satışlarını dayandırmaq tövsiyəsi verilib.

 

Tiflisdəki hadisələr
 

Gürcüstanda müxalifət və minlərlə insan, Rusiya heyətinin 26-cı Pravoslav Parlamentlərarası Baş Assambleyasına qoşulması və Rusiyalı deputat Gavrilovun Parlament sədrinin məqamından çıxışını etməsi səbəbindən etiraz üçün Parlament qarşısında toplaşmışdı.
 

Eturazçılar, dünən gecə saatlarında Tiflisdə Parlamenti mühasirəyə alaraq içəri girməyə çalışmış, polislə aralarında qalmaqal baş vermişdi. Hadisə yerində təhlükəsizlik tədbirlərini görən hüquq-mühafizə orqanları isə etirazçıları dağıtmaq üçün bibər qazı, plastik güllə və təzyiqli su istifadə edib. Polis qüvvələri səhər saatlarına qədər Tiflis küçələrinə səpələnmiş etirazçıları nəzarətə götürmək əməliyyatını davam etdirib.
 

Yerli mətbuatdakı xəbərlərə görə, hadisələrdə aralarında polis, etirazçı və jurnalistlərin olduğu 240 nəfər yaralanıb. Yaralıların xəstəxanalarda müalicələri davam edir.

 

Rusiyanın “Aeroflot” aviakompaniyası iyunun 8-dən Gürcüstana uçuşları dayandıracağını elan edib.

 

TASS informasiya agentliyi istinadla xəbər verir ki, aviadaşıyıcı həmin günə və sonrakı günlərə bilet alan sərnişinlərə əlavə pul ödəmədən biletlərı əvvəlki tarixlərə dəyişməyi, yaxud biletin pulunu tam həcmdə geri almağı təklif edir.

 

Aviakompaniya Gürcüstana reyslərin dayandırılması qərarını Rusiya Prezidenti Vladimir Putinin dünən imzaladığı fərmana müvafiq olaraq qəbul edib.

22.06.2019 07:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ