Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Ərdoğandan İstanbul seçkisi nəticələri barədə açıqlama

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ərdoğandan İstanbul seçkisi nəticələri barədə açıqlama
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türkiyə Prezidenti və Ədalət İnkişaf Partiyasının sədri (AK Parti) Rəcəb Tayyib Ərdoğan, İstanbul Böyükşəhər Bələdiyyə sədri seçkisi nəticələrinin İstanbul üçün xeyrlərə vəsilə olmasını diləyərək, qeyri -rəsmi nəticələrə görə seçkini qazanan Əkrəm İmamoğlunu təbrik edib.
 

Marja xəbər verir ki, Ərdoğan, Twitter hesabından verdiyi açıqlamada, rəsmi olmayan nəticələrə görə, İstanbul Böyükşəhər Bələdiyyə sədrliyini qazanan İmamoğlunu təbrik edib.
 

Reklam_3_11

Prezident Ərdoğan, "İstanbul Böyükşəhər Bələdiyyə sədri  seçki nəticələrinin İstanbulumuz üçün xeyrlərə vəsilə olmasını arzulayıram. Milli iradə bu gün bir daha təzahür etmişdir. Qeyri-rəsmi nəticələrə görə seçkini qazanan Əkrəm İmamoğlunu təbrik edirəm",- ifadələrini istifadə edib.
 

Ərdoğan bundan əvvəl olduğu kimi sonrakı prosesdə də demokratiyadan, hüququn aliliyindən, ölkənin sülh, rifah və sabitliyindən güzəşt olmayacağını, Cümhur İttifaqının prinsipləri çərçivəsində, birlik və bərabərlik içində, 2023 hədəflərinə gedəcəklərini vurğulayıb.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

İlk nəticələrə görə, Prezident Rəcəb Tayib Ərdoğanın rəhbərlik etdiyi Ak Partinin namizədi Binali Yıldırım 45,09 faiz, CHP-nin namizədi Ekrem İmamoğlu 54,03 faiz səs toplayıb. CHP-li Əkrəm İmamoğlu, İstanbulda təkrarlanan seçkini AKP-li Binalı Yıldırıma 806 min 415 səs fərqlə yenidən qazanıb.

 

İstanbulda Əkrəm İmamoğlunun qalib gəlməsi Türk Lirəsinin dəyər qazanmasına səbəb olub. Gecə saatlarında 5.73 səviyyələrini görən Dollar/TL məzənnəsi bu dəqiqələrdə 0,8% geriləmə ilə 5.7725 səviyyəsindədir.

24.06.2019 04:30

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ