Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Marcom” “Cubics Technology” ilə birlikdə CRM-ləri audit edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Marcom” “Cubics Technology” ilə birlikdə CRM-ləri audit edəcək

Bazar iştirakçıları üçün praktik marketinq həlləri təqdim edən “Marcom” Marketinq və Kommunikasiya şirkəti bulud sistemi (cloud) üzərində CRM Platformaları təqdim edən “Cubics Technology” şirkəti ilə birlikdə müştərilərin istəyi əsasında CRM platformalarının auditini həyata keçirəcək. CRM platformalarının auditi "Marcom" şirkətinin bazara təqdim etdiyi Marketinq Audit xidməti çərçivəsində həyata keçiriləcəkdir.

 

Reklam_3_11

“Marcom şirkətinin icraçı direktoru Ceyhun Fərzəliyevin sözlərinə görə Marketinq Audit xidməti 2019-cu ilin əvvəlində yaranmış bir xidmətdir. Xidmətin yaradılmasında məqsəd bazarda fəaliyyət göstərən şirkətlərin marketinq baxımından sağlamlaşdırılmasına dəstək olmaqdır:  “Bizə müraciət edən şirkətlər onlar üçün görülmüş marketinq işlərinin audit olunmasını istəyirlər. Bu müraciətlər içərisində CRM platformalarının doğru şəkildə audit olunması ilə bağlı müraciətlər də yer alır. CRM platformalarının incələnməsi kifayət qədər zaman və insan resursu tələb edən iş olduğu üçün bir çox hallarda iş yükün çox olması səbəbi ilə müştərilərə bu xidməti göstərə bilmirdik. Artıq bu məsələni "Cubics Technology" şirkəti ilə birlikdə daha sürətli şəkildə həll etməyi düşünürük.”

 

“Cubics Technology” şirkətinin icraçı direktoru Hacıağa Hacı isə öz növbəsində məsələ ilə bağlı bunları bildirdi: “Doğurdanda CRM platformalarının analizi uzun zaman alır. Bu gün bazar iştirakçıları xarici şirkətlərdən bahalı CRM platformaları almaqla bir növ özlərini onlardan asılı vəziyyətə salırlar. Bir çox hallarda şirkətlər müvafiq modulların alınması, texniki dəstəyin göstərilməsinə görə kifayət qədər böyük məbləğlər ödəyirlər ki, bu da şirkətin büdcəsinə ciddi şəkildə təsir edir. Şirkətlərin ödədikləri məbləğ qarşılığında aldıqları texniki dəstək isə yerli şirkətlərin ürəyincə olmur. Biz bu kimi halların aradan qaldırılması və müştərilərin maarifləndirilməsi istiqamətində şirkətlərlə daha sıx əlaqədə olacağıq. “Cubics Technology” şirkəti olaraq bizim kifayət qədər böyük IT infrastrukturumuz və insan kapitalımız var. Təqdim edəcəyimiz həllər sayəsində şirkətlər öz büdcələrinə kifayət qədər qənaət edəcəklər.”

 

Qeyd edək ki, “Cubics Techology” bazarda bulud sistemi üzərindən CRM platformaları təklif edən yeganə şirkətdir. Şirkətin yerli bazarda 30-dan çox müştərisi mövcuddur.

24.06.2019 07:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ