Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"İran heç vaxt nüvə silahı sahibi olmayacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"İran heç vaxt nüvə silahı sahibi olmayacaq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Milli Təhlükəsizlik müşaviri Con Bolton (John Bolton) İranın nüvə silahına malik olmasına icazə verməyəcəklərini bildirib.
 

"Marja" xəbər verir ki, Bolton, Qüdsdə İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşündən əvvəl təşkil olunan birgə mətbuat konfransında, İrana tətbiq olunan sanksiyalar siyahısına dünən gecə yenilərinin əlavə olunduğunu xatırladaraq "İran, ABŞ və dünyaya qarşı heç vaxt nüvə silahı sahibi olmayacaq", - ifadələrini istifadə edib.
 

Bolton, ABŞ Prezidenti Donald Trampın dünənki açıqlamasına istinad edərək, "Ordumuz yeniləndi və hazırdır" əlavə edib.
 

Bolton, Tehran rəhbərliyinə ABŞ-ın ağıl və ehtiyatlı davranmasını zəifliklə qarışdırmamaları  barədə xəbərdarlıq edib. 
 

İsrailin Baş naziri Netanyahu da İranın nüvə proqramını müdafiə edənləri tənqid edərək Tehranın böyük bir imperiya qurmaq istədiyini, bölgədə terroru yaydığını və Suriyada hərbi bazalar inşa etdiyini bildirib.
 

İran İnqilab Keşikçiləri Ordusu, cümə günü Oman Körfəzinə sahili olan Hürmüzgan əyalətinə bağlı Kuhmubarek şəhəri sahilində "İran hava məkanını pozan" ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "RQ-4 Global Hawk" tipi insansız hava vasitəsinin (dron) qurudan raketlə vurulduğunu açıqlamışdı.
 

Ardınca, ABŞ Mərkəzi Qüvvətlər Komandanlığı isə ABŞ Hava Qüvvələrinə aid dronun beynəlxalq hava məkanında uçarkən vurulduğunu açıqlamışdı.
 

Hadisədən sonra Ağ Evdə Trampın rəhbərliyi ilə fövqəladə iclas keçirilmiş, iclasda İrana hərbi cavab tədbirləri müzakirə edilib. Tramp, son anda İrana zərbə endirmək fikrindən imtina etmişdir. Tramp fikrindən "çox insanın öləcəyinə görə" imtina etdiyini bildirmişdi.

24.06.2019 05:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ