Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Kapital Bank-ın reytinqinin proqnozu artırılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kapital Bank-ın reytinqinin proqnozu artırılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Standard & Poor's Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqini “stabil” proqnozdan, “pozitiv”ə yüksəldib və “BB-/B” səviyyəsində təsdiqləyib. Bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.

 

Bu barədə "Marja"ya Kapital Bank-dan bildirilib.

 

"Agentliyin fikrincə, 2019-2020-ci illərdə Kapital Bank pərakəndə kreditləşmə və depozitlər bazarındakı lider mövqeyini daha da sağlamlaşdıracaq, eyni zamanda müxtəlif təşkilatlar üçün də hesablaşma əməliyyatları üçün mühüm platforma və kredit mənbəyi olaraq qalacaq. Bankın RAC (Risk-Adjusted Capital) risklərin nəzərə alındığı kapital əmsalının yaxın 12-18 ay ərzində 7,8-8% həddində qalacağı gözlənilir.

 

Yaxın 2 ildə Kapital Bank-ın kredit portfelinin 20-30% artacağı, bununla da yüksək mənfəətliyi saxlamaqla xalis faiz həddinin yüksək olması və yüksək əməliyyat səmərəliliyi sayəsində ROAE göstəricisinin 25%-i üstələyəcəyi gözlənilir. Kapital Bank-ın aktivlərinin Azərbaycandakı digər bankların əksəriyyətindən daha keyfiyyətli olduğunu bildirən agentlik, 2018-ci ilin sonuna olan məlumata görə problemli kreditlərin ötən ildəkinə nisbətən 4,6% azaldığını qeyd edib. Həmçinin 2018-ci ilin sonunda qeyd olunan sabit maliyyələşmə əmsalının 220%, kredit/depozit nisbətinin isə 46% səviyyəsinə olması bildirilib", - Bankın məlumatında bildirilir.

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.

24.06.2019 08:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ