Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Azərbaycanda manatla istiqrazlar buraxmağa hazırlaşırıq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycanda manatla istiqrazlar buraxmağa hazırlaşırıq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda milli valyuta ilə istiqrazlar buraxmağa hazırlaşır.

 

Bunu bankın prezidenti Dmitri Pankin deyib.

 

“Biz konkret ölkədə milli valyutada istiqrazlar buraxırıq, sonra onları yerləşdiririk. Bizə bu məsələdə milli banklar və yerli kredit təşkilatları kömək edir. Əldə olunan yerli valyutanı artıq yerli iri layihələrin kreditləşməsi və ya banklar vasitəsilə xüsusi proqram çərçivəsində kiçik və orta biznesi maliyyələşdiririk. Bizim tərəfdən bu cür sxem artıq Ermənistan, Gürcüstan və Rumıniyada artıq işlənib. Hazırda Azərbaycanda buraxılış hazırlayırıq”, - Pankin Rusiyanın “İzvestiya” qəzetinə müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, milli valyutada kreditləşmə - 2007-2008-ci illərdə baş verən böhranın nəticəsidir, həmin dövrdə inkişaf edən bazarların pul vahidləri kəskin ucuzlaşdı. “Biznes anladı ki, dollarla kredit götürmək, gəliri isə özünün valyutası ilə əldə etmək çox risklidir. Buna görə özünün valyutası isə kreditlərin götürülməsi tendensiyası daha çox likvidliyin düzgün idarə olunmasıdır, nəinki Amerika hökumətinin sanksiya tətbiq edərək və hesabı dondura bilməsi səbəbindən dollardan qaçmaqdır”, - o qeyd edib.

 

Pankin əlavə edib ki, bankın səhmdarlarının sayı arta bilər. “Keçmiş Yuqoslaviya ölkələrinin bəziləri ilə bununla əlaqədar danışıqlar aparılır. Lakin məsələ sadə və tez həll olunan deyil”, - o vurğulayıb.

 

Qara Dəniz Ticarət və İnkişaf Bankı 1997-ci ilin yanvar ayında Qara dəniz hövzəsi ölkələrinin iqtisadiyyatının inkişafına dəstək göstərilməsi və regional əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə yaradılıb. Onun təsisçiləri və səhmdarları 11 ölkənin – Rusiya, Yunanıstan, Türkiyə, Bolqarıstan, Ukrayna, Rumıniya, Albaniya, Azərbaycan, Gürcüstan, Moldova və Ermənistan hökumətləridir. Bankın kapitalında Azərbaycanın payı 5%-dir. 2018-ci ilin sonuna bankın Azərbaycandakı layihələr üzrə cari portfeli 53,867 mln. avro həcmində qiymətləndirilir.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© İnterfaks-Azərbaycan

 

24.06.2019 09:24

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ