Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Manatın dövretmə sürəti tədricən azalacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Manatın dövretmə sürəti tədricən azalacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin yanvar ayında Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 5,84 bənd təşkil edib. 

 

Mərkəzi Bankın (AMB) hesabatına görə, manatın dövretmə sürəti 2016-cı ilin dekabr ayı ilə müqayisədə 0,64 bənd artım göstərib, ötən ilin analoji dövrü ilə müqayisədə isə 0,18 bənd azalıb.

 

 AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 16 il ərzində ən minimal həddi 2015-ci ilin yanvarında, yəni ilk devalvasiya ərəfəsində qeydə alınıb və 2,68-ə bərabər olub. Qeyd edək ki, manatın dövretmə sürəti inflyasiya ilə ÜDM-in hasilinin dövriyyədə olan manat kütləsinə nisbətinə bərabərdir. Bu göstəricinin maksimal həddi isə 2005-ci ildə (15,72%) qeydə alınıb.

 

"Cari vəziyyətdə manatın dövretmə sürətinin artması faktının təhlili onu göstərir ki, Azərbaycanda inflyasiya artımı və dövriyyədə olan manat kütləsinin azalması baş verib. Belə ki, yanvar ayında aylıq inflyasiya 2,3%, ÜDM-in artımı isə 0,8% olub. Dövriyyədə olan nağd pul kütləsi isə 6% azalma göstərib. Qeyd edək ki, manatın dövretmə sürətinin yaxın aylarda azalmağa başlayacağı gözlənilir. Belə ki, dövriyyədə olan nağd pul kütləsinin azalması ÜDM və inflyasiyanın artım sürətini aşağı salacaq", - deyə analitiklər hesab edirlər. 

13.03.2017 12:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ