Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Hovuzlara və aquaparklara giriş haqları artırılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hovuzlara və aquaparklara giriş haqları artırılıb

İstirahət mərkəzləri hovuzlara və aquaparklara giriş haqlarını qaldırıblar.

 

Reklam_3_11

"Marja"nın məlumatına görə, Mərdakan, Novxanı, Nardaran və Bilgəhdə dəniz sahilində yerləşən əksər istirahət mərkəzləri qiymətləri 5 manat artırıblar. Məsələn, böyüklər üçün qiymətlər - həftə içi üzrə 15 manatdan 20 manata, həftə sonu üzrə 20 manatdan 25 manata qaldırılıb. 

 

İstirahət mərkəzləri yaşı 12-dən yuxarı şəxsləri böyük kateqoriyasına daxil edirlər.

 

Yaşı 6-12 yaş aralığında olan uşaqlar üçün isə qiymətlər isə istirahət mərkəzindən asılı olaraq 10 manatdan 15 və 20 manata qaldırılıb.

 

İstirahətə ailəvi getməyi nəzərdə tutanlar qiymət artımından məyus olublar. İndi 2 böyük və uşaqdan ibarət 4 nəfərlik ailənin həftə sonu hovuzlara və aquaparklara girişi 90 manata başa gəlir. Nahar da nəzərə alındıqda qiymət 130-150 manatadək qalxır. Yay fəslində Azərbaycanda 10 dəfə hovuzlara və aquaparklara getmək istəyən ailələr azı 1300 manat xərcləməli olacaqlar.

24.06.2019 11:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ