Taxıl yığımı barədə operativ məlumat
Respublika ərazisində taxıl biçini davam edir. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.
İyunun 24-nə olan operativ məlumata görə, ölkə ərazisində 595192,25 hektar ərazidə taxıl biçini aparılıb, 299218,7 hektar ərazidə arpa, 295973,6 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 1890393,9 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,7 sentner təşkil edir.
Bərdə, Zərdab, Ucar, Yevlax, Sabirabad, Saatlı, Salyan, Biləsuvar, Kürdəmir, Ağdam, Tərtər, Balakən, İmişli və Masallı rayonlarında arpa biçini başa çatıb. Beyləqan, Füzuli, Cəlilabad, Qax, Biləsuvar rayonlarında arpa biçini başa çatmaq üzrədir. Goranboy ərazisində arpa əkilmiş 13449 hektar sahənin 13284 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 29 s/ha təşkil edir. Füzuli ərazisində arpa əkilmiş 8505 hektar sahənin 8502 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 29,1 s/ha təşkil edir. Şəki, Hacıqabul, Ağsu, Ağdaş, Ağcabədi rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib:
Rayon | Arpa sahəsi, ha | Biçilmiş sahə, ha | Məhsuldarlıq, s/ha |
Şəki | 21626,3 | 20210 | 34,3 |
Sabirabad | 9600 | 9600 | 37,5 |
Zərdab | 5730 | 5730 | 30,6 |
Yevlax | 5082,5 | 5082,5 | 29,0 |
Cəlilabad | 4509,1 | 4500 | 34,9 |
Bərdə | 2601 | 2601 | 38,9 |
Beyləqan | 1765 | 1760 | 29,2 |
Ağsu | 16036 | 15610 | 31,0 |
Biləsuvar | 14900 | 14900 | 30,9 |
Hacıqabul | 11008 | 9967 | 30,0 |
Goranboy | 13449 | 13284 | 29,0 |
Qax | 2881 | 2868 | 26,0 |
Masallı | 2786 | 2786 | 21,4 |
Füzuli | 8505 | 8502 | 29,1 |
Ağdam | 2215 | 2215 | 35,5 |
Tərtər | 3815 | 3815 | 33,7 |
İmişli | 6322 | 6322 | 34,2 |
Göyçay | 6851 | 6711 | 30,5 |
Salyan | 9917 | 9917 | 36,2 |
Ağdaş | 11630 | 11062 | 23,5 |
Saatlı | 5822 | 5822 | 36,2 |
Siyəzən | 2516 | 2375 | 28,4 |
Balakən | 457,7 | 457,7 | 28,7 |
Cəbrayıl | 550 | 550 | 30,5 |
Ucar | 7716 | 7716 | 26,7 |
Zaqatala | 3360 | 2503 | 27,0 |
Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 18 saat əvvəl
-
20 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 22 saat əvvəl
-
22 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
23 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
1 gün əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
1 gün əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 1 gün əvvəl
- 1 gün əvvəl