Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Gələn aydan vətəndaşlara mal və materiallar veriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gələn aydan vətəndaşlara mal və materiallar veriləcək

Özünüməşğulluq proqramı çərçivəsində biznes-planlarının qiymətləndirilməsi mərhələsində uğur qazanan vətəndaşlara gələn aydan etibarən mal və materialların verilməsinə başlanacaq.

 

Reklam_3_11

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin sözlərinə görə, növbəlilik prinsipi əsasında proqram iştirakçılarına aktivlərin verilməsi həyata keçiriləcək. Cari il ərzində 10 minə yaxın ailənin özünüməşğulluq proqramına cəlb olunması gözlənilir. Proqram çərçivəsində əlilliyi olan şəxslərə, şəhid ailələrinə, məcburi köçkün ailələrinə və digər həssas qruplara üstünlük verilir.

 

Özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsində Dünya Bankı ilə əməkdaşlıq həyata keçiriləcək. Bununla əlaqədar Dünya Bankı ilə aparılan müzakirələr artıq yekun mərhələdədir. Bu əməkaşlıq gələn il proqrama cəlb olunan vətəndaşların sayının 15 minə çatdırılmasına imkan verəcək ki, onlardan da 7 min nəfərinin özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları yaratmalarına Dünya Bankı tərəfindən dəstək veriləcək.  

24.06.2019 13:42

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ