Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda “Sığorta Həftəsi” başlayıb - FORUM KEÇİRİLƏCƏK

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda “Sığorta Həftəsi” başlayıb - FORUM KEÇİRİLƏCƏK

Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkilatçılığı ilə 24 iyun tarixindən Azərbaycanda “Sığorta həftəsi” start götürüb.

 

Reklam_3_11

Sözügedən həftə çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta Bürosu, Azərbaycan Sığortaçılar Assosiasiyası və sığorta şirkətlərinin birgə əməkdaşlığı zəminində bu sahədə ictimai savadlılığın artırılması məqsədilə müxtəlif səpkili maarifləndirmə məqsədli görüşlərin və tədbirlərin təşkil edilməsi, eyni zamanda sayca 9-cu olan “Azərbaycanda sığorta bazarı: trendlər və imkanlar” adlı Beynəlxalq Sığorta Forumu keçirilməsi nəzərdə tutulub.

 

“Sığorta həftəsi”nin ilk günü Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP), İcbari Sığorta Bürosunun (İSB) və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) birgə təşkilatçılığı ilə  KİV nümayəndələri üçün sığorta bazarı haqqında maarifləndirici seminar keçirilib.

 

Müzakirə formatında keçirilən təlimdə iştirakçılar sığortanın mahiyyəti, növləri, sığorta riskləri, təkrarsığorta, bazardakı mövcud durum və gələcək layihələr barədə məlumat əldə ediblər.

 

 “Sığorta həftəsi”nin növbəti günlərində Bakı və Sumqayıt şəhəri üzrə dövlət qurumlarının və rayon icra hakimiyyətlərinin nümayəndələri ilə, həmçinin bu ərazilərdə fəaliyyət göstərən sahibkarlarla maliyyə bazarlarının dəyər yaradan önəmli sektorlarından biri kimi sığorta mövzusu ətrafında interaktiv təqdimatların keçirilməsi planlaşdırılıb.

 

Bundan əlavə “Sığorta həftəsi”ndə sektorda fəaliyyət göstərən mütəxəssislər üçün xarici ekspertlər tərəfindən seminar keçiriləcəkdir. Seminarda avtonəqliyyat vasitəsi sığortası üzrə anderraytinq, risk qiymətləndirilməsi, zərər qiymətləndirilməsi üzrə beynəlxalq təcrübə barəsində məlumat veriləcəkdir. Həmin gün paralel olaraq, beynəlxalq təşkilat olan Sərhədsiz Aktuarlar Assosiasiyasının üzvü tərəfindən gənc mütəxəssislərə seminarın keçirilməsi də nəzərdə tutulmuşdur.

 

Həmçinin 28 iyun 2019-cu il tarixində sayca 9-cu olan “Azərbaycanda sığorta bazarı: trendlər və imkanlar” adlı Beynəlxalq Sığorta Forumu baş tutacaqdır ki, 15-ə yaxın yerli və xarici nümayəndənin çıxış edəcəyi Forumda yerli sığorta bazarının imkanları və perspektivləri, qlobal aləmdə baş verən yeniliklər və trendlər haqqında müzakirələrin aparılması nəzərdə tutulub.

 

Forum çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İcbari Sığorta Bürosu və Azərbaycan Sığortaçılar Assosiasiyası arasında əməkdaşlığa dair birgə memorandumun imzalanması planlaşdırılıb. İmzalanması nəzərdə tutulan memorandum “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nda qeyd olunan tədbirlərin koordinasiya olunmuş şəkildə və daha effektiv icra edilməsinə xidmət edəcəkdir.

 

24.06.2019 16:55

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ