Tramp İran ilə bağlı fərman imzaladı - YENİ SANKSİYALAR İLƏ XAMENEYİ HƏDƏFDƏDİR
ABŞ Prezidenti Donald Tramp, İrana yeni sanksiyalar tətbiq edilməsini nəzrərdə tutan fərman imzaladığını açıqlayıb. O, yeni sanksiyaların dini lider Ayətullah Əli Xameneyini də hədəf aldığını bildirib.
"Marja" xəbər verir ki, Tramp, sanksiyaların Amerika dronunun vurlmasına cavab olduğunu bildirib. Hədəfində İranın dini lideri Ayətullah Əli Xameneyinin olduğunu açıqlayıb.
"Bir çox adla birlikdə İran liderini də hədəf alan çox güclü sanksiyalar gətirən prezident fərmanını imzalayıram. Bugünkü addımımız, bir dronun vurulması da daxil, son həftələrdə İran rejiminin təcavüzkar bir çox davranışının nəticəsidir", - Tramp deyib.
"İranla və ya başqa bir ölkə ilə münaqişəyə girmək istəmirik, amma onu deyə bilərəm ki, İranın nüvə silah sahibi olmasına icazə verə bilmərik" - deyən Tramp, Xameneyi ilə bərabər, İran İnqilab Keşikçiləri Ordusunun (DMO) yüksək vəzifəli bəzi adlarını də sanksiya siyahısına əlavə etdiklərini açıqlayıb
Tramp, Amerika Birləşmiş Ştatlarının İranın terrora maliyyə dəstəyini kəsmək istədiyini xatırladıb. Həmçinin Tramp "Amerika Birləşmiş Ştatları İran ilə anlaşmağı çox istəyir" deyib.
Digər tərəfdən, Trampdan sonra Ağ Evdə kameraların qarşısına keçən ABŞ Xəzinə naziri Stiven Mnuchin, İran Xarici işlər naziri Cavad Zarifin də bu həftə ərzində ABŞ tərəfindən sanksiya siyahısına əlavə olunacağını bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
11 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 11 saat əvvəl
-
11 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
13 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl