Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Tramp İran ilə bağlı fərman imzaladı - YENİ SANKSİYALAR İLƏ XAMENEYİ HƏDƏFDƏDİR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tramp İran ilə bağlı fərman imzaladı - YENİ SANKSİYALAR İLƏ XAMENEYİ HƏDƏFDƏDİR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Prezidenti Donald Tramp, İrana yeni sanksiyalar tətbiq edilməsini nəzrərdə tutan fərman  imzaladığını açıqlayıb. O, yeni sanksiyaların dini lider Ayətullah Əli Xameneyini də hədəf aldığını bildirib.
 
 
"Marja" xəbər verir ki, Tramp, sanksiyaların Amerika dronunun vurlmasına cavab olduğunu bildirib. Hədəfində İranın dini lideri Ayətullah Əli Xameneyinin olduğunu açıqlayıb.
 

"Bir çox adla birlikdə İran liderini də hədəf alan çox güclü sanksiyalar gətirən prezident fərmanını imzalayıram. Bugünkü addımımız, bir dronun vurulması da daxil, son həftələrdə İran rejiminin təcavüzkar bir çox davranışının nəticəsidir", - Tramp deyib.

 

"İranla və ya başqa bir ölkə ilə  münaqişəyə girmək istəmirik, amma onu deyə bilərəm ki, İranın nüvə silah sahibi olmasına icazə verə bilmərik" - deyən Tramp, Xameneyi ilə bərabər, İran İnqilab Keşikçiləri Ordusunun (DMO) yüksək vəzifəli bəzi adlarını də sanksiya siyahısına əlavə etdiklərini açıqlayıb

 

Tramp, Amerika Birləşmiş Ştatlarının İranın terrora maliyyə dəstəyini kəsmək istədiyini xatırladıb. Həmçinin Tramp "Amerika Birləşmiş Ştatları İran ilə anlaşmağı çox istəyir" deyib.

 

Digər tərəfdən, Trampdan sonra Ağ Evdə kameraların qarşısına keçən ABŞ Xəzinə naziri Stiven Mnuchin, İran Xarici işlər naziri Cavad Zarifin də bu həftə ərzində ABŞ tərəfindən sanksiya siyahısına əlavə olunacağını bildirib.

24.06.2019 18:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ