Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Türkiyədə şəkər tozu və çay kəskin bahalaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyədə şəkər tozu və çay kəskin bahalaşdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Türkiye Şeker Fabrikaları A.Ş." (Türk Şəkər) şəkərin qiymətini 16 faiz artırdığını açıqlayıb.
 

"Marja" xəbər verir ki, "Türk Şəkər"in rəsmi internet səhifəsindən verilən açıqlamada, "50 kiloqramlıq polipropilen kisələrdə qablaşdırılmış kristal şəkərin zavod satış qiyməti, 25.06.2019 tarixindən etibarən etibarlı olmaqla 16% artırılaraq (ƏDV xaric) 3,57 TL/KG olaraq yenidən müəyyən edilmişdir" deyilir.


 
 ÇAY DA 15% BAHALAŞIB
 
 

Çay Müəssisələri Baş İdarəsi (ÇAYKUR) də quru çayın qiymətini 15 faiz artırıb.
 
ÇAYKUR, yaş çay məhsulunun bahalaşmasını, fəhlə və əməliyyat xərclərinin artmasını nəzərə alaraq quru çayın qiymətinin artırıldığını bildirib.
 

ÇAYKUR İdarə Heyətinin qərarı bu gündən etibarən qüvvədə olacaq.
 

Şərqi Qara dəniz bölgəsində bir müddətdir ki, çay sektoru nümayəndələri xərclər artdığından quru çayın satış qiymətinin artırılmasını tələb edirdilər.

25.06.2019 10:24

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ