Ən yuxarı statik reklam-3_3

İstehlak səbətinin tərkibinə yenidən baxılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
İstehlak səbətinin tərkibinə yenidən baxılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət Statistika Komitəsi istehlak səbətinin tərkibinə yenidən baxıb və indi ona 565 yox, 520 adda mal və xidmət daxildir. Dəyişikliklər istehlak xərclərinin strukturu nəzərə alınaraq aparılıb və o, öz növbəsində açıqlanmır.

 

Ölkədə inflyasiya bu ilin yanvarından yeni səbətlə ölçülür.

 

Yeni səbətdə kibrit, Aİ-95 markalı benzin, 585 əyarlı qızıl üzük yoxdur. Orda eləcə də bir sıra ərzaq malları: yarma, quru süd, qatıq, duza qoyulmuş göbələk, bitki çayı, bərk şərab, ədviyyat yoxdur.

 

DSK kişilər üçün dəridən kürk, isti astarsız palto, dəri gödəkcəni, qadınlar üçün dəri gödəkcəsini, kostyum və çimərlik dəstini də səbətdən çıxarıb. Yeni səbətdə bir çox parçalar da yoxdur.

 

Eyni zamanda ərzaq, paltar və başqa zəruri malların yerinə səbətə 9 adda dərman vasitəsi (validol, aspirin, Panadol/paracetamol, analgin, Voltaren/diclofenac, kaptopril, ampisilin, biseptol və almodipine) daxil edilib. 

 

13.03.2017 14:19

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ