Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Kirayə ilə mənzil satışı mexanizmi üzrə işlər yekunlaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kirayə ilə mənzil satışı mexanizmi üzrə işlər yekunlaşır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İpoteka və Kredit Zəmanət Fondunun yeni “Elektron ipoteka və kredit zəmanət” sistemini istifadəyə verilib.

 

Yeni sistem yalnız ipoteka kreditləşməsini deyil, yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi üzrə də elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada təqdim olunmasını nəzərdə tutur. Yeni sistem əhalinin Fondun təqdim etdiyi xidmətlərdən daha sürətli və səmərəli şəkildə istifadəsinə imkan verəcək.


İpoteka və Kredit Zəmanət Fondundan "Marja"ya bildirildi ki, hazırda yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi modulları üzrə işlər yekunlaşmaq üzrədir və yaxın zamanlarda bu istiqamət üzrə də elektron xidmətlərin əhalinin istifadəsinə verilməsi təmin ediləcək.

 

Xəbər verdiyimiz kimi, Azərbaycanda ev ehtiyacı olan vətəndaşa kirayə qaldığı mənzilə sahibi olmaq üçün imkan yaradılacaq. İpoteka və Kredit Zəmanət Fondu balansındakı mənzilləri uzunmüddətli kirayə verəcək və kirayənişin bu mənzilin pulunu aybaay ödəməklə sonda mənzilə mülkiyyət hüququ əldə edəcək. Bu mexanizm ilk növbədə, həm ilkin ödəniş etmək imkanı olmayan, həm də gəlir səviyyəsi ipoteka kreditinin götürülməsinə yetməyən vətəndaşların öz mənzil şəraitlərini yaxşılaşdırmasına imkan yaradacaq.

25.06.2019 13:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ