Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Nar” 4G istifadəçilərinin sayı 700 minə çatıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Nar” 4G istifadəçilərinin sayı 700 minə çatıb

® Ölkənin ən geniş 4G şəbəkələrindən birinə malik olan “Nar”-ın 4G istifadəçilərinin sayı sürətlə artmaqdadır.

 

Son 1 il ərzində “Nar” 4G internetindən istifadə edənlərin sayı 2 dəfə artaraq 700 minə çatıb. Mobil operatorun 4G istifadəçilərinin sayının artmasına ölkə arazisində yeni baza stansiyalarının quraşdırılması, “Nar”-ın təqdim etdiyi paketlər və tariflər, eləcədə 4G smartfon penetrasiyasının artımı təsir edib. Qeyd edək ki, son 1 il ərzində “Nar”-ın smartfon istifadəçilərinin sayı 23% artıb.

 

“Nar” yüksəkkeyfiyyətli 4G xidmətini paytaxtla yanaşı, bölgələrdə, şəhər və rayon mərkəzlərində də təqdim etməkdədir. “Nar” 4G istifadəçilərinin 71%-i paytaxt Bakının, 29%-i isə regionların payına düşür. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 4G internetindən istifadə edənlərin sayı Bakıda 91%, regionlarda isə 120% artıb. Ümumilikdə, “Nar” abunəçilərinin 25%-i yüksəksürətli 4G internetinin istifadəçisidir. Hazırda “Nar” istifadəçilərinin sayı 2,3 milyonu ötüb.

 

Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

25.06.2019 14:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ