Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Sığorta bazarının yeni göstəriciləri açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sığorta bazarının yeni göstəriciləri açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2019-cu ilin yanvar-may aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 319.3 milyon manat məbləğində sığorta haqları toplanıb, 93.8 milyon manat məbləğində sığorta ödənişləri həyata keçirilib.  

 

Reklam_3_11

Bu barədə “Marja”ya Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.     

 

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-may ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 350.8 milyon manat məbləğində sığorta haqları toplanmış, 97.5 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilmişdi. Beləliklə, illik müqayisədə yığımlar 8,9%, ödənişlər isə 3,8% azalıb.

 

5 ay ərzində könüllü sığorta bazarı üzrə haqlar 212.7 milyon manat, ödənişlər isə 64 milyon manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 106.6 milyon manat, ödənişlər isə 29.8 milyon manat olub.

 

2019-cu ilin yanvar-may aylarında sektor üzrə məcmu sığorta haqlarının 66.6%-i könüllü, 33.4%-i isə icbari sığorta  növlərinin  payına  düşüb. Sığorta ödənişlərinin  68.3%-i könüllü, 31.7%-i icbari sığorta növləri hesabına formalaşıb.

 

Ötən ilin yanvar-may ayları ilə müqayisədə qeyri-həyat sığortasının haqları üzrə həm könüllü 2% (2.4 milyon manat), həm də icbari növləri 10% (7.7  milyon manat) üzrə artım müşahidə edilmişdir.  Qeyd edək ki, qeyri-həyat sığortası növündə artım əsasən tibbi sığorta 20% (10.6 milyon manat) və daşınmaz əmlakın icbari sığortası 33.0% (4 milyon manat) üzrə olub.

 

Bundan əlavə həyat sığortasının icbari növü üzrə isə artım 18% (3.5 milyon manat) qeydə alınmışdır.

25.06.2019 15:04

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ