Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Ata Holding” zərər açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Ata Holding” zərər açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Ata Holding” MMC 2018-ci ili 8 milyon 725 min manat xalis zərər ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, holdinq 2017-ci ili “AtaBank” və "Bank VTB Azərbaycan"dakı payların satışı ilə əlaqədar olaraq 123 milyon 597 min manat xalis mənfəətlə bağlamışdı.

 

Reklam_3_11

GƏLİRLƏRİ ARTIB

 

“Marja” holdinqin illik hesabatına istinadən xəbər verir ki, 2017-ci ildə 23 milyon 847 min manat təşkil etmiş gəlirlər 2018-ci ildə 31 milyon 178 min manata yüksəlib. Satışın maya dəyəri xaric ümumi mənfəət isə 19 milyon 272 min manatdan 26 milyon 557 min manata yüksəlib. Buna baxmayaraq əməliyyat xərcləri holdinqin ümumi mənfəətindən çox olub. Belə ki,  38 milyon 218 min manat əməliyyat xərclərinə görə, “Ata Holding”in 11 milyon 661 min manat əməliyyat zərəri yaranıb. 3 milyon 7 min manat maliyyə gəlirləri hesabına zərər azalaraq 8 milyon 725 min manata düşüb.

 

31 Dekabr 2018-ci il tarixində “Ata Holding” MMC 96 milyon 726 min manat cəmi aktivlərə malik olub. Holdinq 2017-ci ilin sonunda 99 milyon 921 min manat cəmi aktivlərə malik olub.

26.06.2019 07:08

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ