Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Tramp və Xi-nin görüşü qlobal iqtisadiyyat üçün dönüş nöqtəsi ola bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tramp və Xi-nin görüşü qlobal iqtisadiyyat üçün dönüş nöqtəsi ola bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu həftənin sonu (şənbə günü) Yaponiyadakı G20 sammitində ABŞ Prezidenti Donald Tramp və Çin dövlətinin başçısı Xi Jinpingin keçirəcəyi görüş, bazarlar və qlobal iqtisadiyyat baxımından dönüş nöqtəsi ola bilər.
 

"Marja" xəbər verir ki, qlobal bazarlar bu həftə sonu ABŞ Prezidenti Donald Tramp və  Çin dövlətinin başçısı Xi Jinpingin Yaponiyada keçirəcəyi görüşdən çıxacaq nəticələri gözləyir.
 

Görüşdə ticarət müharibəsində bir atəşkəs olsa, birjalarda yüksəlişlər ola bilər, ancaq tarifləri tamamilə bitirəcək bir razılaşma olana qədər qlobal iqtisadiyyatdakı ziyanın davam edəcəyi bildirilir. Bir çox investor 2 liderdən əlavə tarif olmayacağı barədə razılaşma gözləsə də, etibarlı olan tariflərdə geri dönüş olacağı gözlənilmir.
 

G20-də baş tutacaq görüşün ilin qalan dövründə bazarların gedişini və qlobal artıma təsir edəcəyi, habelə Fed və digər mərkəzi bankların necə hərəkət edəcəklərini müəyyənləşdirmələri məsələsində əhəmiyyətli olacağı ifadə edilir.
 
 

DURĞUNLUQ RİSKİ ARTIR
 

Bir sıra analitiklər bildirirlər ki, əgər ABŞ ilə Çin arasında bir yumşalma olmasa qlobal durğunluq riski arta bilər. 

 

"Bank of America Merrill Lynch"ın investorlarla keçirdiyi sorğusunun nəticələrinə görə, iştirakçıların üçdə ikisi bu həftə sonu bir saziş də, əlavə tarif də gözləmir.
 

UBS iqtisadçıları əgər bir razılaşma olmasa və ticarət müharibəsi əlavə tariflərlə daha da qızışarsa qlobal iqtisadiyyatda bir ləngimə olacağını proqnozlaşdırırlar.  

 
ATƏŞKƏS SSENARİSİ
 

Tramp hökumətindən adını vermək istəməyən bir səlahiyyətli Reuters-a ABŞ-ın yenidən danışıqlara başlamaq istədiyini və əlavə tarif olmaması məsələsində bir razılaşma ola biləcəyini bildirib.
 

Mütəxəssislər atəşkəs ssenarisinə bazarların müsbət reaksiya verəcəyini, birjaların "ralli" edəcəyini, dolların bahalaşacağını bildirirlər.

 

FED 

 

Aylardır faizləri dəyişməyən ABŞ Mərkəzi Bankı keçən həftəki iclasda bu il faiz endirimi ola biləcəyini, ilk endirimin də İyulda ola biləcəyinin siqnalını verib. Fed ticarət müharibələrindən və səngiyən qlobal iqtisadi inkişafdan narahat olduğunu bildirib.
 

"Citigroup"un iqtisadçısı Cesar Rojas, Tramp ilə Xi-nin ticarət müharibəsini artıracaq təzyiqdən çəkiləcəklərini və bir atəşkəs ola biləcəyini, Trampın Çindən idxal edilən 300 milyard dollarlıq məhsula əlavə gömrük vergisi təhdididən imtina edəcəyini deyib.

26.06.2019 10:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ