Trampın "İranı yox edərik" təhdidinə Tehrandan cavab

İranın Xarici işlər naziri Cavad Zərif, paytaxt Tehranda CNN müxbirinin sualına cavab verərək ABŞ Prezidenti Donald Trampın "İranı yox edərik" təhdidini qiymətləndirib.
 

"Marja" xəbər verir ki, Trampın İran haqqında "yanıldığını" deyən Zərif, "ABŞ, İranı yox edəcək vəziyyətdə deyil. Qadağan olunmuş silahlar (kütləvi qırğın silahları) istifadə etmədən bunu edəcək gücləri yoxdur",- deyib.
 

İranın hər hansı bir hücuma qarşı hazırlıqlı olduğunu qeyd edən Zərif, "Buna baxmayaraq, biz müharibə və ya qarşıdurma istəmirik. Tramp, 18-ci əsrdə yaşamadığımızı və Birləşmiş Millətlər Təşkilatının müqaviləsinə əsasən müharibə təhdidlərinin qeyri-qanuni olduğunu xatırlamalıdır", - ifadələrini istifadə etdi.
 
 
ABŞ Prezidenti Donald Tramp, dünən Twitter hesabından verdiyi açıqlamada, "İran tərəfindən ediləcək hər hansı bir hücuma böyük və əzici bir güclə cavab veriləcəkdir. Bəzi sahələrdə əzici "yoxedici" mənasına gələ bilər", - təhdid etmişdi.

27 İyun 2019 , 08:17   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin