Kapital Bank-ın dəstəyi ilə növbəti “Yay Futbol Düşərgəsi” keçirilir
(®) Kapital Bank Sumqayıt şəhərində 2014-cü ildən 7-12 yaşlı uşaqlar arasında keçirilən ənənəvi "Yay Futbol Düşərgəsi" layihəsinin rəsmi tərəfdaşıdır. Layihə 9 gün müddətində 3 qrup üzrə keçiriləcək. Layihə çərçivəsində Sumqayıt şəhərində və onun ətraflarında yerləşən 48 orta məktəb üzrə 100-dən artıq şagird iştirak edəcək.
Layihəni keçirməkdə əsas məqsəd, gənc və yeniyetmə şagirdləri futbola cəlb etmək, onlar arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması və gəncləri sağlama həyata yönləndirməkdir.
Qeyd edək ki, layihə Kapital Bank-la yanaşı, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, Azərikimya İB və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə keçirilib.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 saat əvvəl
-
6 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
9 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
12 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
12 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 15 saat əvvəl
- 16 saat əvvəl