Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Baş direktor: 2019-un birinci yarısında 500-ə yaxın şirkət bankımızda hesab açıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Baş direktor: 2019-un birinci yarısında 500-ə yaxın şirkət bankımızda hesab açıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Ötən ilin birinci yarısı ilə müqayisədə 2019-cu ilin birinci yarısında Beynəlxalq Bankda yeni hesab açan korporativ müştərilərimizin sayı 27% artıb. Bankımız hazırda 17000-dən çox korporativ müştəri bazasına malikdir".

 
"Marja" xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq Bankının Baş direktoru Nərgizxanım Biləndərli bildirib.


Bankının Baş direktoru əlavə edib ki, 2019-cu ilin birinci yarısı ərzində 500-ə yaxın korporativ müştəri Azərbaycan Beynəlxalq Bankında hesab açıb.

 

"Kiçik və orta sahibkarlıq sektoru bank üçün də, ümumən ölkə iqtisadiyyatı üçün də çox böyük perspektivlərə malikdir. Bank bu istiqamətdə fəallığı artırır. Kiçik və orta sahibkarlıq subyektləri Azərbaycan Beynəlxalq Bankı üçün yeni seqmentdir və biz bu seqmentdə fəaliyyət göstərən biznes subyektləri üçün maliyyə resurslarının əlçatanlığını təmin etmək istəyirik. İndi kiçik və orta sahibkarlıq subyektləri Azərbaycan Beynəlxalq Bankının yaratdığı imkanlar haqqında məlumatlıdırlar və bu imkanlardan istifadə etməyə başlayıblar", - Nərgizxanım Biləndərli bildirib.

 

Azərbaycan Beynəlxalq Bankı kiçik və orta sahibkarlıq subyektlərinə krediti 84 ayadək müddətə, manatla 6%-dən başlayan illik faiz dərəcəsi ilə təklif edir.

 

Nərgizxanım Biləndərli qeyd edib ki, yaxın günlərdə kiçik və orta sahibkarlar üçün iki yeni məhsulun bazara təqdim olunması nəzərdə tutulur: "Bu  məhsullardan biri “Tərəfdaşlarımıza anında dəstək krediti” olacaq. Digəri isə invoysların maliyyələşdirilməsi ilə bağlıdır. Müştəri loyallığını yüksəltmək üçün bankın korporativ müştəriləri müəyyən proqramların tətbiqini də planlaşdırırıq".

27.06.2019 08:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ