Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Turizm şirkətlərinə nəzarət mexanizmlərinə yenidən baxmaq zərurəti yaranıb"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Turizm şirkətlərinə nəzarət mexanizmlərinə yenidən baxmaq zərurəti yaranıb"

“Lisenziyaların ləğvi turizm sənayesində canlanma yaratdı, lakin bundan sui-istifadə edənlər də oldu. Bu isə bütövlükdə ölkə turizminin imicinin zədələnməsinə səbəb oldu”.

 

Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

 

Bununla belə, onun sözlərinə görə, hər kəs turizmin ölkə iqtisadiyyatının prioritet istiqamətlərindən birinə çevrilməsi üçün çalışır: "Son illər bu sahədə xeyli işlər görülüb. Mövcud problemlərin aradan qaldırılması, turizmin inkişaf etdirilməsi kimi məsuliyyətli vəzifə Dövlət Turizm Agentliyinin üzərindədir.

 

Turizm kompleks xidmət sahəsidir, inkişafı da xidmət sferasının keyfiyyətindən və inkişaf səviyyəsindən asılıdır. İnanırıq ki, yeni yaradılan Azərbaycan Turizm Agentlikləri Assosasiyası mövcud potensialı inkişaf etdirmək, xidmət sahəsinin keyfiyyətini artırmaq üçün bu sahənin nümayəndələrini bir araya toplayan güclü platforma rolunu oynayacaq. Müəyyən problemlər də mövcuddur və bunların həlli istiqamətində işlər görülür".

 

Sədr qeyd edib ki, turizm şirkətlərinin fəaliyyətinə nəzarət mexanizmlərinə yenidən baxmaq zərurəti yaranıb: "Dövlət Turizm Agentliyi bunun üçün dövlət reyestrinin yaradılması üzərində çalışır. Burada turist şirkətlərinin marağı nəzərə alınacaq, qanunla tənzimlənən işlək mexanizmlər hazırlanacaq. Kiçik və orta biznesin inkişafı üçün turizm sahəsində investisiya qoyuluşlarını stimullaşdırmağa çalışırıq. İxtisaslı kadrların hazırlanması və onların peşəkar kimi yetişməsi əsas hədəflərdəndir".

 

F.Nağıyev vurğulayıb ki, turistlərə göstərilən xidmətinin səviyyəsinin artırılması, onların ölkədən məmnun ayrılması turizm sahəsində çalışan hər kəsin marağında olmalıdır: "Dövlət Turizm Agentliyi dövlət və özəl biznes əməkdaşlığını əsas tutaraq biznes qurumlarla münasibətlərin inkişafında maraqlıdır. Biz sağlam rəqabət mühitinin tərəfdarıyıq, ictimai təşəbbüsləri dəstəkləyirik. Hesab edirik ki, ictimai nəzarət və birgə fəaliyyət bazar üçün önəmlidir".

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

27.06.2019 09:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ