Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İstirahət mərkəzlərinin sahibləri cəzalandırıldı - SİYAHI

iç səhifə xəbər başlığı altı (mobil)_31
İstirahət mərkəzlərinin sahibləri cəzalandırıldı - SİYAHI

Xəzər dənizi sahillərində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndələri ilə birgə növbəti reydlər keçiriblər.

 

Reklam_3_11

ETSN-in Mətbuat xidmətindən  verilən məlumata görə, reydlər zamanı Sumqayıt şəhərinin Xəzər dənizinin sahil zolağında fəaliyyət göstərən “Duyğu”, “Liman”, “Atlantida”, “Narınqala” və “Flaqman” istirahət mərkəzlərində formalaşan tullantı sularının təmizlənmədən dənizə axıdıldığı aşkar edilib.

 

Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərini pozduqlarına görə cavabdeh şəxslər Etibar Məmmədov, Mehriban Kılıc, Ələkbər Qarayev, Süleyman Məmmədov, Amil Mirzəquliyev barəsində protokol tərtib olunub və onların hər biri vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə edilib. Çirkab sutəmizləyici qurğuların quraşdırılması üçün sözügedən obyektlərin sahiblərinə icrası məcburi olan “məcburi göstəriş”lər verilib. Eyni zamanda, qurğular quraşdırılanadək sözügedən obyektlərin fəaliyyətlərinin dayandırılması ilə bağlı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi qarşısında vəsatət qaldırılıb.

27.06.2019 09:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ